AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə Sizi Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Birliyin həmkarlar ittifaqları Azərbaycanın Prezidenti vəzifəsində Sizin yorulmaz və çoxşaxəli fəaliyyətinizi yüksək qiymətləndirir. Sizin müdrik və uzaqgörən siyasi rəhbərliyiniz sayəsində respublika sabaha inamla baxır, öz inkişafında siyasi sabitliyin və həqiqi suverenliyin möhkəm təməlinə əsaslanır, tərəqqi və firavanlıq, əhalinin geniş təbəqələrinin maddi rifahının artırılması və sosial müdafiəsinin inkişafı yolu ilə dönmədən irəliləyir. Şəxsən Siz və ölkənin bütün ail dövlət hakimiyyəti orqanları sosial tərəfdaşlıq siyasətinin inkişafına, milli demokratiyanın mühüm konstruktiv elementi kimi respublikanın müstəqil həmkarlar ittifaqı hərəkatının dəstəklənməsinə daim diqqət yetirirsiniz.
Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çətin və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Səmimi hörmətlə,
Vladimir Şerbakov
Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının
baş katibi
Moskva, 23 dekabr 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]