AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edim.
Bu əlamətdar gündə Sizə müraciət etmək mənə xüsusilə xoşdur, çünki Sizi Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına çox dəyərli töhfələr vermiş müdrik və fəal siyasətçi kimi çoxdan tanıyıram. Bu gün biz fəxrlə deyə bilərik ki, ölkələrimizi bir-birinə bağlayan ənənəvi dostluq telləri günbəgün möhkəmlənir, Rusiya və Azərbaycan xalqları arasında möhkəm qarşılıqlı etimad körpüsü yaradır.
“LUKoyl” ASC on beş ildən çoxdur ki, Azərbaycanda fəal işləyir və biz karbohidrogenlərin işlənilməsi sahəsində azərbaycanlı həmkarlarımızla birlikdə qazandığımız uğurlarla fəxr edirik.
Sizin ad gününüz mənim üçün həm də indiyəqədərki fəaliyyətimizə yekun vurmaq, yaxın gələcək üçün oriyentirləri müəyyən etmək üçün bir fürsətdir. Hörmətli İlham Heydər oğlu, bizim qarşımızda duran vəzifələrə diqqətli münasibətinizə görə, azərbaycanlı tərəfdaşlarımızla əlaqələrin dəstəklənməsinə və daha da inkişaf etdirilməsinə yönəlmiş təşəbbüsləri səmərəli şəkildə dəstəklədiyinizə görə Sizə ürəkdən minnətdarıq.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, böyük şəxsi səadət və ali dövləti vəzifənizdəki fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Dərin hörmətlə,
Vahid Ələkbərov
“LUKoyl” neft şirkətinin prezidenti
Moskva, 24 dekabr 2008-ci il.