Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan rəssamlığında Mikayıl Abdullayev zirvəsi

Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasından 97 il ötür

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan təsviri sənəti tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Mikayıl Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycandır, onun gözəllikləridir. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu gün Mikayıl Abdullayevin andan olmasının 97-ci ildönümü tamam olur.

Görkəmli sənətkar əlinə fırça aldığı gündən könlünü rənglər aləminə əbədi məhəbbətlə bağladı. Gözlərinin seçdiyi, əllərinin isitdiyi mövzuları kətan üzərində elə ustalıqla işlədi ki, istedadlı rəssam üçün quruluş, zaman anlayışı olmadı. Əslində, yaradıcılığının qızıl dövrü sovet hakimiyyətinin hökm sürdüyü illərə təsadüf etdi. Amma elə əsərlər yaratdı ki, diktələrə boyun əymədi, vaxtdan yuxarıda dayandı. Fırçasından süzülən sənət inciləri əbədiyaşarlıq qazandı. Təbii ki, bütün rəssamlar fırça və rənglərlə işləyirlər. Mütəxəssislər söyləyirlər ki, fırça da, rənglər də Mikayılın əlində sanki sehrlənirdi. Sehrli fırça, sirli rənglər!

Mikayıl Abdullayev sərhədlərin bağlı olduğu, müstəqilliyin buxovlandığı şəraitdə daxilən azad, milli ruhlu, bəşəri fikirli, həssas, olduqca duyumlu, vətənpərvər, uzaqgörən bir sənətkar idi. Onun rənglər aləminə gətirdiyi mövzular həmişə aktual, çəkdiyi mənzərələr qəlbə xoş təsir bağışlayan, tablo həyatı verdiyi obrazlar rəngarəng idi. Rəssam təsviri sənətin bütün sahələrində - dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. elə əsərlər yaradıb ki, bütün zamanlarda baxımlı və maraqlıdır. Onun əsərlərinə sakit ürəklə baxıb keçmək olmur. Hər bir ştrixi, xətti, rəngi düşündürücüdür.

Bakıda 1921-ci ilin dekabr ayında fəhlə ailəsində anadan olan Mikayıl Abdullayev əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuyub, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Bu ali məktəbi vaxtında bitirə bilməyən Mikayıl Abdullayev İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq saxlayıb. O illərdə yaradıcılığının istiqamətini tamamilə dəyişdi. Mikayıl Abdullayev də haqsızlığa qarşı fırçası ilə döyüşürdü. Alman faşizmini tənqid edən, sovet əsgərlərinin qələbə əzmini göstərən plakatları bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi. Müharibədən sonra Moskvada ali təhsil alan M.Abdullayev burada dünya şöhrətli rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs alıb. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgidə “Axşam” əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başladı. Rəssamın şöhrətinə yeni çalarlar gətirən “Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgiləndi. Elə ilk fərdi sərgisi də Moskvada keçirildi. O, doğma Bakıya qayıdanda artıq tanınan, sevilən məşhur rəssamlardan biri idi. Yaradıcılığı getdikcə daha da püxtələşirdi. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. Ənənəvi mövzularda maraqlı rəsmlər yaradan fırça ustası həmişə aldadıcı effektlərdən, süni mövzulardan, bir sözlə, şişirtmədən qaçıb. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökm sürüb.

Mikayıl Abdullayevin qəhrəmanları çox olub. Xatirələrində də bu barədə söz açılır, amma onun yaddaşında dərin iz salan böyük bəstəkar Üzeyir Hacıbəyli ilə olan görüşləridir. Teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu şərəfli işi Mikayıl Abdullayevə tapşırıblar. O vaxta kimi Üzeyir bəy heç bir rəssama razılıq verməyib ki, onun portretini çəksin. Mikayıl Abdullayevə olan rəğbətinə görə gənc rəssamın arzusunu rədd etmədi. Beləliklə, bu xoşbəxtlik Mikayıl Abdullayevə qismət oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəkdi.

Sonralar qələmə aldığı “Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: “Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir... Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsarası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları - Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi".

Fırça ustasının yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tuturdu. Müxtəlif illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən sonra bütün təəssüratlarını kətan üzərinə köçürürdü. Onun bu rəsmlər silsiləsində “Benqal qızları”, “Racəstan qadınları”, “Qoşa əfqan”, “C.Mansu” kimi əsərləri milli və fərdi xarakteristikası, plastikası, kolorit zənginliyi ilə seçilirdi. Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası da yaradıb. “Ü.Hacıbəyli”, “Səməd Vurğun”, “M.F.Axundov”, “M.F.Vaqif”, “İmadəddin Nəsimi”, “Pianoçu F.Bədəlbəyli”, “Yunis İmrə” və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etməyi, onların iç dünyasını açmağı ustalıqla bacarıb.

Mikayıl Abdullayev həm də bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi tanınıb. Azərbaycan rəssamları arasında ikinci bir fırça ustası tapılmaz ki, o, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. Dahi Nizamidən başlayaraq ömrünün sonuna kimi tanıdığı yazıçı və nasirlərə qədər bir çox sənətkarların həm portretlərini yaradıb, həm də onların əsərlərinə illüstrasiyalar çəkib. “Kitabi-Dədə Qorqud” dastanına, Nizaminin “Xəmsə”sinə, Füzulinin “Leyli və Məcnun” poemasına, Mirzə İbrahimovun “Gələcək gün”, Süleyman Rəhimovun “Şamo” romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmlər həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərqlənirdi.

Hələ sovet dövründə azərbaycanlı rəssamın əsərləri dünyanın Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və başqa böyük şəhərlərində nümayiş edilib. Hətta Almaniyanın Berlin və Leypsiq şəhərlərində azərbaycanlı rəssamın fərdi sərgisi də keçirilib. Mikayıl Abdullayev Avropa rəssamlarının dəyər verdiyi, qiymətləndirdiyi və bütün əsərlərini heyrətlə qarşıladığı dahi sənətkar idi.

Onun təsviri sənətin inkişafında göstərdiyi xidmətlər, çəkdiyi cəfalar, gecə-gündüz apardığı axtarışlar, qatlaşdığı zəhmət hədər getmədi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görüldü. SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, Azərbaycanın İncəsənət xadimi, professor Mikayıl Abdullayev doğma vətəni də qarış-qarış gəzməyi çox sevərdi. Onun cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri bu gün də rəng çalarının əlvanlığı ilə diqqət çəkir. “Masallı süitası”, “Balaca çoban”, “Məktəbli qızlar” və s. tabloları o qədər maraqlı və baxımlı idi ki, onlardan biri - “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.

O dövrdə azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi rəsmin dünya arenasına çıxarılması böyük hadisə idi. O cümlədən “Azərbaycan çöllərində”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Çəltik becərənlər”, “Tarlada”, “Abşeronda”, “Xaçmaz qızları”, “Qarabağlı qızlar”, “Astarada çay yığımı” və s. əsərlərdə də Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla əks etdirib. Bu əsərlərindəki dinamiklik, koloritlik diqqət çəkir. Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureatı adını da məhz bu tablolarına görə alıb. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Mikayıl Abdullayevin bu sahədəki fəaliyyəti də uğurlu olub. O, həmişə insanlar arasında olmağı çox sevərdi. Hər görüşdən, söhbətdən bir mövzu tapardı. Elə buna görə də onun rəsmləri təbii və canlı idi.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb. Ulu öndər Heydər Əliyevin sevdiyi rəssamların sırasında Mikayıl Abdullayevin öz yeri vardı. Xalqımız həmişə bu böyük və unudulmaz rəssamla fəxr edib. Bu iftixar doğuran duyğular qəlbimizi yenə də isidir ki, rəssamın əsərləri hazırda dünyanın bir sıra muzeylərində saxlanılır: Dehlidə, Londonda, Monrealda, Moskvada və başqa şəhərlərdə. Mikayıl Abdullayev fırça ilə bərabər qələmə də böyük məhəbbətlə yanaşırdı. Bu unudulmaz insan ötən əsrin 70-ci illərindən başlayaraq həm yerli, həm də xarici mətbuat səhifələrində müxtəlif publisistik yazılarla çıxış edirdi. Onun bu sahədəki yaradıcılığının əsas hissəsini sənət və sənətkarlar haqqında yazdığı məqalələr təşkil edərdi. Rəsm əsərləri kimi qələm məhsulları da oxucular tərəfindən rəğbətlə qarşılanardı.

Bakı metrosunun “Nizami” stansiyasından hər gün yüzlərlə insan keçir. Onlar bu stansiyanın interyerinin tərtibatındakı gözəlliyi dəfələrlə seyr edirlər. Buradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Təəssüf ki, bu həssas və zərif duyğulu insan ömrünün ahıl çağında bədnam qonşularımızın başımıza gətirdiyi fəlakətin də şahidi oldu.

20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi “Nakamların dəfni” əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi. Kim bilir, onun daha hansı arzu və niyyətləri tablolara köçmədən qaldı? 2002-ci ilin avqustun 21-də 81 yaşında vəfat edən Mikayıl Abdullayev işğal altında inildəyən torpaqlarımızdan nigaran getdi. Həmkarları söyləyirlər ki, “Bütöv Azərbaycan” adlı tablo çəkmək niyyətində imiş. Mikayıl Abdullayev möhtəşəm fırçası ilə sənət dünyasında elə bir yol salıb ki, ardıcılları pərvanə kimi onun işığına gəlirlər. Ona qismət olmayan bu qələbə ruhlu əsər həmkarları tərəfindən mütləq naxışlanacaq!..

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı nəzərdən keçirir

WP: ABŞ İsrailə 2,8 milyard dollar dəyərində ağır bombalar satmağı planlaşdırır

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

Almaniya və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirir

İsrail ordusu HƏMAS briqadasının komandirinin öldürüldüyünü açıqlayıb

Messi vida matçı üçün Argentina millisinə çağırılıb

Vens: ABŞ-nin İranla münaqişəsi yaxın aylarda “başqa bir mərhələyə” qədəm qoyacaq

Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib

BMT: Süni intellektlə bağlı risklər təcili tədbirlər görülməsini tələb edir

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb VİDEO

Fransa borc bataqlığında: artan faizlər ölkənin maliyyə yükünü ağırlaşdırır

Pentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib

Mənsum İbrahimov: Milli musiqimizin Qarabağ torpaqlarında yenidən səslənməsi qürurvericidir

“Brent” markalı neftin qiyməti 109 dolları ötüb

Beynəlxalq təşkilat Əlcəzair hakimiyyətini ölüm hökmünü tətbiq etməməyə çağırıb

Mətin Məmmədli: “Baku Research Institute”da dərc olunan məqalə qərəzli və əsassız narrativlərin təkrarıdır

Almaniya Kansleri: Biz yeni ticarət tərəfdaşları qazanmalı və asılılıqları məqsədyönlü şəkildə azaltmalıyıq

Gürcüstan mediası Azərbaycan Prezidentinin bəyanatlarını geniş işıqlandırıb

ABŞ, İsrail və ərəb ölkələrinin hərbi rəhbərləri Almaniyada gizli görüş keçiriblər

Oğuzda aqrar sahənin inkişafına yönəlmiş layihələr yeni iş yerlərinin artmasına səbəb olacaq

® Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında VİDEO

® Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında VİDEO

AMEA-da “Tağıyev” filminə baxış və Azərbaycan geyim mədəniyyətinə dair sərginin açılışı olub

Nazir: Azərbaycanın yaşıl enerji potensialı İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır

Bu saata olan əsas xəbərlər

Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir - ŞƏRH

Gürcü nazir müavini: Orta Dəhliz artıq alternativ marşrutdan əsas nəqliyyat arteriyasına çevrilib

Türk professor: Azərbaycanın innovasiya tarixində TRIZ-in xüsusi yeri var

ADPU şəbəkəsində Bilik Günü qeyd olunub

Skott Bessent: ABŞ artıq İran təhdidini idarə etmir, ona son qoyur

Polis Akademiyasında andiçmə mərasimi olub

Rəssamlıq Akademiyasında I kurs tələbələri ilə görüş: qarşıdakı təhsil mərhələsinə hazırlıq

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü keçirilib

Təbiətin silə bilmədiyi izlər: Bakı uğrunda döyüşlərin yadigarı olan səngərlər –  REPORTAJ  VİDEO

Təbiətin silə bilmədiyi izlər: Bakı uğrunda döyüşlərin yadigarı olan səngərlər – REPORTAJ VİDEO

Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Ankarada Qafqaz İslam Ordusuna abidə qoyulub

Dövlət Neft və Sənaye Universitetində 15 Sentyabr – Bilik Günü qeyd edilib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNİB-2 VİDEO

Deputat: Türk dünyasının inteqrasiyası olduqca vacibdir

BMU-da yeni tədris ilinin açılış mərasimi olub

Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir ŞƏRH

Azərbaycan və Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı perspektivləri nəzərdən keçirilib

Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb

Cəlilabadda iki kənddə yeni məktəb binası istifadəyə verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaş müraciətlərini dinləyib

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub

DSX-nin Xüsusi Məktəbində yeni tədris ilinin başlanması qeyd olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir ŞƏRH

Azərbaycanlı rəssam Kann şəhərində beynəlxalq mükafata layiq görülüb

Polşa, Çexiya və Macarıstanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər ediblər

Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var

Yeni tədris ilində Qarabağ Universitetində 3500-ə yaxın tələbə təhsil alacaq

Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub VİDEO

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub VİDEO

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

Azərbaycan və AİB enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Ağcabədidə fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

Hörmüzə alternativ “Petroline” kəmərinin fəaliyyətinin dayandırılması Səudiyyə Ərəbistanının neft ixracı yollarını daraldıb

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

Ekspert: Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın institusional xarakter aldığını göstərir

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

Fərhad Bədəlbəyli: Milli Musiqi Günü münasibətilə Bakıda zəngin proqram hazırlanıb

Balakənin Bedağar kəndində yeni məktəb binası istifadəyə verilib VİDEO

Balakənin Bedağar kəndində yeni məktəb binası istifadəyə verilib VİDEO

Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb

“Kibertəhsil və süni intellekt” mövzusunda müzakirə

Naxçıvan Dövlət Universitetində Bilik Günü qeyd olunub

ADPU şəbəkəsində qəbul planı 96,98 faizi yerinə yetirilib

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

Ünvanlı dövlət sosial yardımı alan ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə olunub

Azərbaycan maliyyə dayanıqlılığından struktur iqtisadi dayanıqlılığa doğru irəliləyir – ŞƏRH

Aqil Şirinov: Tələbələr akademik biliklərlə yanaşı, şəxsi və peşəkar inkişafa da diqqət yetirməlidirlər

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir

Son 10 ildə tələbə sayı 4 mindən 8 minə çatdı – GDU-da Bilik Günü

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İnnovasiya haqqında 100 sual” təqdim edilib

Prorektor: ADPU-nun məzunlarından 1163 nəfəri əmək bazarına daxil olub

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Vergi Xidmətinin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib

Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib

® Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klas olacaq

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

Norveç kralının varisləri milyonlarla dollar dəyərində sərvəti bölüşdürməli olacaqlar

Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir

Ekspert: Azərbaycan region üçün AI həlləri hazırlayan və ixrac edən ölkəyə çevrilə bilər

Azərbaycan Prezidenti: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb

® “Bank of Baku”da səhiyyə işçilərinə özəl fürsət var: 80 min manatadək kredit 0 faiz komissiya ilə

Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub

Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib