AZƏRBAYCAN RUSİYA İLƏ İDXAL-İXRACIN HƏCMİNƏ GÖRƏ ERMƏNİSTANI DƏFƏLƏRLƏ QABAQLAYIR
Rusiya Federal Dövlət Statistika Xidmətindən (Russtat) AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, ötən il Rusiyadan Azərbaycana ixracın həcmi 858 milyon dollar, Azərbaycandan idxal isə 206 milyon dollar təşkil etmişdir. Rusiya Federasiyasının MDB ölkələri ilə faktik qiymətlərlə xarici ticarətinə dair məlumata görə, keçən il RF-nin Birlik ölkələrinə ixracı 32594 milyon dollar, idxal isə 18926 milyon dollar olmuşdur.
Ermənistanın iqtisadi vəziyyətini müqayisə etmək üçün bu ölkə ilə Rusiya arasında ixrac-idxala dair rəqəmləri xatırlatmaq kifayətdir: ötən il Rusiyadan Ermənistana ixrac 191 milyon dollar, Ermənistandan idxal isə 101 milyon dollar təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:03]