Azərbaycan samboçuları dünya çempionatının birinci gününü medalsız başa vurublar
Bakı, 12 noyabr, AZƏRTAC
Bu gün Daşkənd şəhərində idman və döyüş sambosu üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə samboçularımızdan Eyvaz Baxşiyev (58 kq) və Mirfəttah Seyidəliyev (64 kq) mübarizə aparıblar. E.Baxşıyev səkkizdəbir finalda qırğızıstanlı Azat Amanbekovu məğlub etsə də, sonrakı mərhələdə qazaxıstanlı Bolatbek Raymkulova uduzub. Digər təmsilçimiz M.Seyidəliyev (64 kq) də yarışa qələbə ilə start verib. İlk mərhələdə monqolustanlı Erdenemygmar Bekhjee üzərində qələbə qazanan samboçumuz ikinci qarşılaşmada belaruslu Pavel Hladkixə məğlub olub.
Qeyd edək ki, nüfuzlu turnirdə ölkəmizi 5 idmançı təmsil edir.
Turnir noyabrın 14-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]