Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 3-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularımız Makedoniyanın Kavadarci şəhərində keçirilən və oktyabrın 7-dək davam edəcək Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursuna qatılıblar. Hərbçilərimiz, həmçinin Buxarestdə oktyabrın 14-dək keçiriləcək sülhü dəstəkləmə əməliyyatları və dekabrın 23-dək davam edəcək qərargah zabitləri üçün təkmilləşdirilmiş birgə əməliyyatlar kurslarında iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [10:45]