Azərbaycan Turizm İnstitutunda Keyfiyyət Komissiyası yaradılacaqdır
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Keyfiyyət Komissiyasının yaradılması məqsədilə geniştərkibli iclas keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, iclasda institutun rektoru, professor Cəfər Cəfərov bu ali təhsil ocağında Keyfiyyət Komissiyasının yaradılmasına zərurət yarandığını vurğulamışdır. O, yeni yaradılacaq komissiyanın fəaliyyətində əsas göstərici bilinən, ümumilikdə keyfiyyət əmsalının tələblərinə öz münasibətini açıqlamışdır.
İclasda iştirakçılar tərəfindən Keyfiyyət Komissiyasının fəaliyyəti ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür. Eyni zamanda, 10 gün müddətində yeni komissiyasının əsasnaməsinin hazırlanması və institut rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]