Azərbaycan və Efiopiyanın biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
Bakı, 7 iyul, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına və birgə biznes platformasının yaradılmasına dair fikir mübadiləsi aparılıb, agentliyin fəaliyyəti barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]