AZƏRBAYCAN VƏ GÜRCÜSTAN FUTBOLÇULARI XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞLƏR
Bakı, 26 fevral (AZƏRTAC). Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda Azərbaycanın və Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
AFFA-dan bildirmişlər ki, Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar hər iki komanda meydana qara sarğı ilə çıxmışdı. Bundan əlavə, Azərbaycan yığması meydana çıxarkən komandanın üzvləri Xocalı faciəsini əks etdirən plakatlar nümayiş etdirmişlər.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun 0:0 hesabı ilə başa çatmışdır.
Xatırladaq ki, bu komandalar arasında növbəti yoldaşlıq oyunu fevralın 28-də saat 12:00-da eyni stadionda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]