Azərbaycan və İndoneziya parlamentləri arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb
Cakarta, 5 may, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin parlamentində regional nümayəndələr şurasının yeni seçilmiş sədri Oesman Sapta ilə görüşüb.
Səfir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Oesman Spataya ünvanladığı təbrik məktubunu ona çatdırıb. O.Sapta məktubu məmnuniyyətlə qəbul edərək, Milli Məclis sədrinə təşəkkürünü çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və onların qarşılıqlı səfərlər vasitəsilə möhkəmləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu kontekstdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İndoneziya parlamentində keçirilmiş tədbir və Birinci Komissiyanın (xarici əlaqələr) verdiyi bəyanata toxunulub. İndoneziyanın Azərbaycana verdiyi dəstəyi bundan sonra da davam etdirəcəyi vurğulanıb.
Görüşdə, həmçinin ikitərəfli münasibətlər, o cümlədən yüksək səviyyəli səfərlər, iki paytaxt arasında birbaşa uçuşların həyata keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:16]
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
- 14.10.2026 [15:52]
Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb
- 14.10.2026 [14:32]
Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub
- 14.10.2026 [14:30]
Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb
- 14.10.2026 [13:40]
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]