Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN VƏ LATVİYA PREZİDENTLƏRİNİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI

AZƏRBAYCAN VƏ LATVİYA PREZİDENTLƏRİNİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI

Bakı, 10 avqust (AZƏRTAC). Avqustun 10-da ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Valdis Zatlers mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək demişdir:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən Sizi - Latviya Prezidentini bir daha Azərbaycan Respublikasında salamlamaq istəyirəm. Bu gün bizim çox məhsuldar müzakirələrimiz və ölkələrimiz arasındakı münasibətlərlə bağlı danışıqlarımız oldu.

Biz Latviya Prezidentinin ölkəmizə səfərinə yüksək əhəmiyyət veririk və hesab edirəm ki, ikitərəfli münasibətlərimiz bu səfərdən sonra birmənalı olaraq ciddi şəkildə inkişaf edəcəkdir. Hazırda əlaqələrimiz bir çox sahələrdə inkişaf edir. Bizim yaxşı siyasi əməkdaşlığımız vardır. Məhsuldar dialoq gedir. Biz iqtisadi əməkdaşlığımızı artırırıq və əminəm ki, sabah keçiriləcək biznes forum hər iki ölkənin iş adamlarına bir­-birilərini daha yaxşı tanımağa və birgə layihələri həyata keçirməyə imkan yaradacaqdır.

Bizim münasibətlərimiz bir çox digər sahələri də əhatə edir. Bu gün biz informasiya texnologiyaları, turizm, mədəniyyət, nəqliyyat, energetika sahələrində əməkdaşlığı da nəzərdən keçirdik və perspektivlər haqqında danışdıq. Bu gün imzaladığımız sənədlər əminəm ki, əməkdaşlığımızın böyük qanunverici əsaslarını daha da genişləndirəcəkdir. Başqa sözlə desək, Latviya ilə Azərbaycan arasındakı münasibətlər çox uğurla inkişaf edir. Əlaqələrimizin çox yaxşı gələcəyi vardır və əminəm ki, gələn illər ərzində bügünkü sazişlərin bir çox konkret nəticələrini görəcəyik.

Biz NATO və Avropa İttifaqı ilə apardığımız əməkdaşlığa Latviyanın verdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan NATO-nun Fərdi tərəfdaşlıq və əməkdaşlıq planında fəal iştirak edir. Biz, eyni zamanda, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüyük və təşkilatlar çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq, həmçinin, bizim müxtəlif sahələrdəki əlaqələrimizin inkişafına yardım edəcəkdir. Energetika əməkdaşlığı bizim Avropa İttifaqı ilə münasibətlərimizin xüsusi bir hissəsini təşkil edir. Biz enerji məsələləri ilə bağlı yüksək səviyyəli müzakirələr aparırıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Biz enerji ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql edən boru kəmərlərini çəkmişik, Avropa İttifaqının bazarlarına çıxışı əldə etmişik və gələcəkdə daşınan enerji ehtiyatlarının həcmi daha da artacaqdır. Bu, hər iki tərəfə imkan yaradacaq ki, bu məhsuldar əməkdaşlıqdan bəhrələnsin. Təbii ki, bütün bu sahələrdəki əməkdaşlıq tarazlı şəkildə aparılmalıdır və burada tranzit, istehlakçı və istehsalçı ölkələrin maraqları bərabər şəkildə təmin edilməlidir. Hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sahələri olacaqdır və Şərq tərəfdaşlığı buna zəmin yaradır. Əlbəttə ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, o cümlədən Avropa təşkilatları ilə əməkdaşlıq çərçivəsindəki münasibətlərimiz uğurla davam edəcəkdir. Bu gün Prezidentin səfəri bu istiqamətdə atılan mühüm addımdır və əminəm ki, bu səfər gələcək əməkdaşlığımız üçün bir çox mühüm nəticələr verəcəkdir. Bir daha demək istəyirəm, cənab Prezident ölkəmizə xoş gəlmisiniz.  

Latviya Prezidenti Valdis ZATLERS bəyanatla çıxış edərək dedi:

-Zati-aliləri!

Xanımlar və cənablar!

İlk öncə Azərbaycana səfər etmək məqsədi ilə səmimi dəvətinə görə mən Prezident Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Apardığımız müzakirələr zamanı biz Latviya ilə Azərbaycan arasında münasibətlərin əla olduğunu qeyd etdik. Bu, həqiqətdir. Çünki hazırda qlobal və regional səviyyədə mövcud olan siyasi məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Son 4-5 il ərzində iqtisadi münasibətlərimiz daha da genişlənib, ticarət dövriyyəsi 2 və hətta 3 dəfə artıb. Lakin hesab edirəm ki, xüsusən də böhran zamanı daha böyük işlər görmək üçün imkanlar vardır. Biz yaxşı tərəfdaş olmalı, faydalı müqavilələrdə iştirak etməli və beləliklə, ölkələrimiz arasında əməkdaşlığın möhkəm əsasını yaratmalıyıq.

Əlbəttə ki, biz Sizin ölkə ilə NATO və Avropa İttifaqının üzvü kimi də əməkdaşlıq edirik. Avropa İttifaqı ilə Azərbaycan arasında daha geniş inteqrasiyanın baş tutmasına yönəlmiş bu təşkilatın Şərq tərəfdaşlığı proqramına mümkün qədər dəstək verəcəyik. Biz istəyirik ki, ölkəniz bizim istədiyimiz qədər və Sizin maraqlarınıza uyğun şəkildə inteqrasiya etsin. NATO ilə tərəfdaşlığa gəldikdə, biz Əfqanıstanda İSAF missiyası çərçivəsində əməkdaşlıq edirik. Latviya Azərbaycanın bu missiyaya verdiyi dəstəyinə görə minnətdardır və bunu yüksək dəyərləndirir. Bu, Mərkəzi Asiyada sabitliklə bağlı olan məsələdir.

Mən Azərbaycanın Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsində oynadığı rolu xüsusilə qeyd etmək istəyirəm. Bir il əvvəl vəziyyətin gərginləşdiyi dövrdə Sizin müdrik siyasətiniz sayəsində bir çox nəticələrə nail olmaq mümkün oldu. Belə halda, özümüzü Qafqazda daha təhlükəsiz hiss edirik. Gələcəkdə vəziyyətin yaxşılaşması üçün daha aydın planlarımız vardır.

Latviya Prezidenti Avropada enerji təhlükəsizliyinin təminatı məsələsinə də toxundu. Bu baxımdan qitəyə enerji daşıyıcılarının çatdırılma yollarının şaxələndirilməsinin vacibliyini vurğuladı.

Nabukko layihəsinin əhəmiyyətindən danışan Valdis Zatlers bildirdi ki, bu cür layihələrin icrası nəql yollarının şaxələndirilməsinə xidmət edir. Bu, öz növbəsində, enerji sahəsində real bazarların yaranması, son nəticədə isə sabitləşdirici amil deməkdir.

Gələcək əməkdaşlıq üçün bir çox əlavə imkanlar vardır, - deyən Latviya Prezidenti bildirdi ki, müzakirələrimiz zamanı qeyd etdiyimiz kimi, hökumətlərarası komissiya bu gün bütün məqsədlərə nail olub. Demək, biz gələcək üçün yeni məqsədləri müəyyən etməliyik. Həmin işi sabah naminə bu gün görməliyik.

Bu, mənim Sizin gözəl ölkənizə səfərimin yekun məqsədini təşkil edir. Mən səmimi qəbula görə Sizin ölkənizə, Prezident Əliyevə olduqca minnətdaram. Hesab edirəm ki, xalqlarımızın və ölkələrimizin yaxşı gələcəyi vardır. Çox sağ olun.

                                                  X X X

Daha sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

Ella Batmane (“Onlayn Media Apollo”): Mənim sualım Prezident Əliyevədir. Sizin fikrinizcə, Azərbaycanın iş adamları Latviyanın hansı sahələrinə sərmayə qoya bilərlər?

Prezident İlham ƏLİYEV: Bu, təbii ki, onlardan asılı olan bir qərar olacaq. Biz isə öz növbəmizdə ölkələrimizin işgüzar dairələrinə yardım etməyə çalışırıq ki, onlar bir-birini daha yaxşı tanısınlar, birgə layihələrdə iştirak etsinlər. Hesab edirəm ki, sabah keçiriləcək biznes forum bu cür imkanları yaradacaqdır.

Hökumətlərarası iqtisadi komissiya bu səyləri sadəcə əlaqələndirməlidir. Prioritetləri müəyyən etməli, hüquqi baza haqqında lazımi təqdimatları verməli, sərmayə imkanları və mühiti, vergilər haqqında məlumatı təqdim etməli və ümumi iqtisadi vəziyyəti təsvir etməlidir. Eyni zamanda, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq müxtəlif sahələrə aid olmalıdır. Çünki iqtisadiyyatlarımız bir-birini dəstəkləyir. Onlar bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyildir. Bu iqtisadiyyatlar bir-birini dəstəkləyən iqtisadiyyatlardır.

Əminəm ki, Azərbaycan və Latviya şirkətləri hər iki ölkədə uğurla işləyə bilərlər. Onlar hər iki ölkədə sərmayədar, podratçı kimi işləyə bilərlər. Sabah təşkil olunacaq geniş müzakirə zamanı hər iki ölkənin işgüzar dairələri üçün sərmayə imkanları açıqlanacaqdır. İşgüzar dairələr arasında təmaslar yaxşı siyasi münasibətlərimizə dəstək verəcək və ümumilikdə ölkələrimiz arasında əlaqələr özəl sektorun dəstəyi ilə uğurla inkişaf edəcəkdir.

Nəsib Muxtarov (Azərbaycan Televiziyası): Sualım Prezident Valdis Zatlersədir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə böyük maneədir. Avropa İttifaqının üzvü kimi ölkənizin münaqişənin nizamlanması istiqamətində mövqeyi nədən ibarətdir?

Prezident Valdis ZATLERS: Bu münaqişə beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının prinsipləri əsasında dinc yolla həll edilməlidir. Burada tələsmək olmaz. Müəyyən addımlar atılıbdır. ATƏT-in Minsk qrupunun işi və Madriddə müəyyən edilmiş prinsiplər nəzərə alınmalıdır. Səbirli və ehtiyatlı olmalıyıq, silahsızlaşmaya çalışmalıyıq. Biz sülhə müharibə ilə nail ola bilmərik. Sülh danışıqlar yolu ilə əldə olunmalıdır. Bəzi hallarda bu, darıxdırıcı görünür, lakin yekun nəticə uzunmüddətli və davamlı olmalıdır. Latviya hər hansı bu cür münaqişəyə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə belə yanaşır.

Çox sağ olun!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub