Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlər arasında Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub. Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada təhlükəsizlik üçün risklər yaratdığı qeyd edilib. Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun intensivləşdirilməsini, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini məmnunluqla vurğulayıblar.
Bununla yanaşı, digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]