Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb


Bakı, 19 mart, AZƏRTAC
İsveçrənin Lozanna şəhərində Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Sənədi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Polşa Milli Antidopinq Agentliyinin rəhbəri Mixal Rinkovski imzalayıblar. Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək.
Bundan əlavə, Memorandum çərçivəsində gələcəkdə müxtəlif sahələri əhatə edən spesifik ikitərəfli müqavilələrin imzalanması da planlaşdırılır ki, bu da əməkdaşlığın davamlı və sistemli şəkildə inkişafını təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:07]
Türkiyə klubu UEFA Gənclər Liqasının finalına yüksəlib
- 25.04.2025 [17:59]
"Azərreyl"in baş məşqçisi: Çempion olmağa layiq idik
- 25.04.2025 [17:54]
Azərbaycanı Avropa kata turnirində 6 cüdoçu təmsil edəcək
- 25.04.2025 [17:52]
"Azərreyl"in voleybolçusu: Çempion olmaq gözəl hissdir
- 25.04.2025 [17:37]
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb
- 25.04.2025 [16:45]
Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub
- 25.04.2025 [16:42]