Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub




Bakı, 12 aprel, AZƏRTAC
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi, tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.
Görüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Rusiyalı qonaqlara MMU-nun yaranma tarixindən, təhsil sistemindən, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub.
Sonra Rusiya nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Nümayəndələrə Hərbi İnstitutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [18:51]
Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir
- 29.04.2025 [10:26]
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
- 28.04.2025 [14:28]
Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər
- 28.04.2025 [11:45]
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib VİDEO
- 28.04.2025 [11:04]
Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub VİDEO
- 27.04.2025 [18:52]