Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə kinorejissorlarının müştərək ekran əsəri ilk dəfə dünya prokatında

Bakı, 4 aprel (AZƏRTAC). Söhbətin hansı ekran əsərindən getdiyini yəqin ki, anlamamış deyilsiniz. Azərbaycanın Xalq Yazıçısı Elçinin eyniadlı əsəri əsasında ekranlaşdırılmış “Mahmud və Məryəm” filmi mövzu və yenilik baxımından təkcə nəsrimizdə deyil, eyni zamanda kinomuzda da öz sözünü demişdir.

Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olan bu ekran əsərinin ana mövzusu eşqdir. O eşq ki, dahi Nizamidən, Füzulidən, Hüseyn Caviddən üzü bəri bütün klassiklərimizin dönə-dönə müraciət etdikləri, əbədi və həmişəyaşar mövzu, müxtəlif dinlərə məxsus insanları bir-birinə bağlayan gözəgörünməz sehrli qüvvə.

Nəsillər dəyişir, fikirlər dəyişir, amma bu mövzuya nə münasibət dəyişir, nə də bu ülvi hiss öz ucalığından enir. Elə Elçin Əfəndiyevin dediyi kimi: “Eşq din tanımır. Eşq mənəvi təmizlik istəyir. Mənəvi təmizlik isə, bütün dinlərdə vardır”.

Bu ekran əsəri bir daha göstərdi ki, 30 il bundan əvvəl sevimli yazıçımız tərəfindən qələmə alınmış romanda əksini tapan məsələlər öz aktuallığını qorumaqdadır.

Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən ekranlaşdırılan tammetrajlı film ayrı-ayrı dünyalara aid iki gəncin sevgi hekayəsindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində Mahmud ilə Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli qara keşişdir.

Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut, Məryəm obrazını isə Eva Dedova canlandırmışlar.

Bu günlərdə qardaş Türkiyədə möhtəşəm təqdimatı keçirilmiş “Mahmud və Məryəm” filmi ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşən bu ekran əsərinin prodüseri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov, eyni zamanda, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə də bağlı məlumat vermişdir.

- Müşfiq müəllim, hörmətli Xalq Yazıçısı Elçinin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Mahmud və Məryəm” filmi ümumilikdə Azərbaycan kinosuna nə vəd edir?

- Bu sualın əsl cavabı İstanbulda keçirilən təqdimat mərasimində verildi. İnsan mənən qürur hissi keçirirdi. Filmin premyerasına Türkiyənin kino sahəsində çalışan ən tanınmış və qabaqcıl sənət adamları qatılmışdılar. Bilirsiniz ki, “Mahmud və Məryəm” iki qardaş ölkəni təmsil edən kinematoqrafçıların müştərək işidir. Bu ekran əsəri Azərbaycanın kino sahəsinin gələcək inkişafı baxımından ilk addım sayılmalıdır. Son 20 ildə Azərbaycan filmləri beynəlxalq festivallarda mükafat alsa da dünya prokatına girməmişdir. Bu ekran əsəri ilə ilk dəfə olaraq milli kinomuz dünya prokatına girdi.

Kino işinə yaxından bələd olan adamlar bilirlər ki, film üçün prokat məsələsi nə deməkdir. Əsas problemlərimizdən biri məhz bu sahədədir. Əgər prokat yoxdursa, bu o deməkdir ki, kinonun bazarı yoxdur. Bu cəhətdən Türkiyə prokatına girmək də asan məsələ deyildir. “Mahmud və Məryəm” filmi bizə bu qapıları açdı. Xalq Yazıçısı Elçinə minnətdar olmalıyıq ki, bizə belə bir şans qazandırdı.

Görülən işin keyfiyyəti deməyə əsas verir ki, layihə çox uğurlu alınmışdır. Film türkiyəli tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Hazırda bu ekran əsəri Türkiyənin kinoteatrlarında nümayiş etdirilməkdədir. Çoxsaylı tamaşaçıların sevə-sevə, böyük maraqla izlədikləri “Mahmud və Məryəm” sənət baxımından ölkəmizin uğurudur.

Bu film təkcə Elçinin deyil, eləcə də digər bizim qələm adamlarının da yaradıcılığına xarici ölkə rejissorlarında böyük maraq yaratmışdır. İndi bir çox xarici kinoprodüserlər mənə müraciət ediblər. Onlar müştərək filmlər çəkmək üçün Elçinin və digər tanınmış Azərbaycan yazıçılarının əsərlərini istəyirlər. Bunun özü də sənət baxımından bir nailiyyətdir.

İnanıram ki, əsərin mövzusu bütün dünya kinosevərlərinin diqqətini cəlb edəcək və Azərbaycan kinosunun inkişafına, tanınmasına və təbliğinə yeni təkan verəcəkdir.

Bu filmdən sonra “Azərbaycanfilm” Kinostudiyasının ünvanına çoxsaylı məktublar daxil olmaqdadır. Hər bir kinosevər məktubunda filmin mövzusunun bəşəriliyindən, insanlara və insanlığa xidmət etməsindən ürək dolusu söz açır. Bu, deməyə əsas verir ki, vaxt gələcək bu əsərə təkrar-təkrar müraciət edəcəklər.

Filmin ssenari müəllifləri Yerkan Kahraman və Əşrəf Dinçer, quruluşçu rejissor Mehmet Ada Öztekindir.

Ekran əsərində Xalq Artisti Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanlı, Mehmet Çevik, Tomris İncer, Kristina Krapella və digər tanınmış aktyorlar rol almışlar. Filmin quruluşçu rəssamı Əziz Məmmədovdur.

Bir məsələni də deməyi özümə borc bilirəm. Bu ekran əsərində hansısa nöqsan mövcud ola bilər. Amma ilk iş olduğundan bunu başa düşmək olar. Şübhəsiz, bu və ya digər problemlər tədricən həllini tapacaqdır. Birdən-birə buna nail olmaq mümkün deyil.

- “Azərbaycanfilm” Kinostudiyasına direktor təyin olunduğunuz bu bir il üç aylıq dövr ərzində milli kino sənayesinin inkişafı naminə hansı işləri görmüsünüz və ya görməkdəsiniz?

- Bizim əsas məqsədimiz industriyanın düzgün qurulması və inkişafına nail olmaq idi. Birinci mərhələdə “Azərbaycanfilm” Kinostudiyasının saytını yaratdıq və dünyada kinonun inkişafı ilə bağlı baş verən prosesləri çox yaxından öyrənməyə başladıq. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək “Kino haqqında” qanunda bəzi dəyişikliklər etmək təklifini irəli sürmüşük.

Hazırda Nazirlər Kabinetində və İqtisadi İnkişaf Nazirliyində bizim hazırladığımız təkliflər paketinə baxılır. İstəyirik ki, kinodan əldə olunan gəlirlərdən vergilər müvəqqəti olaraq - beş il müddətinə ləğv edilsin. Əgər bu təklifimiz müsbət qarşılanarsa, bu, Azərbaycan kinosunun inkişafına öz töhfəsini verəcək və ölkəmizə üz tutan xarici kino şirkətlərinin sayını artıracaqdır.

Biz ilk növbədə yarımçıq qalmış filmləri tamamlamağa çalışırıq. “Dolu”, “Çölçü”, “Sübhün səfiri” filmlərini təhvil vermişik. “Dərvişin ölümü”, “Arı” və “Qisas almadan ölmə” filmləri isə tamamlanmaq üzrədir. Biz, həmçinin başa düşürük ki, bu gün özəl sahələrlə əməkdaşlıq edilməlidir. Sistemi dəyişmək, Azərbaycana prodüser kinosunu gətirmək lazımdır. Bu məqsədlə biz Prodüserlər Gildiyası təsis etmişik və mən həmin qurumun sədri vəzifəsinə təyin olunmuşam. Nəticədə peşəkar mütəxəssisləri “Azərbaycanfilm”in ətrafında birləşdirə bilmişik.

Bu yaxınlarda Prodüserlər Gildiyası ilk dəfə müsabiqə elan etmişdir. Bundan sonra filmin ssenarisi hansısa münsiflər heyəti tərəfindən deyil, ekran əsərinə pul ayıran şəxs tərəfindən seçiləcəkdir. Bu xətlə prodüser kinosunu irəli aparmaq lazımdır. Doğrudur, müəllif filmləri də çəkiləcəkdir. Bunun içərisində müəllif kinosunda həm prodüser, həm də kassa filmləri də nəzərdə tutulur. Əsas odur ki, biz kadrları yetişdirək və rəqabət yaransın.

Bütün bu planları həyata keçirmək üçün mexanizm hazırlanmalıdır. Mən çalışıb burada çəkilən filmlər haqqında xarici ekspertlərdən rəy almışam, o cümlədən bir neçə ssenarini də xarici ekspertlərə vermişəm. Bununla yanaşı, gənc kadrlar üçün ustad dərslərinə başlamışıq. İndi artıq industriyanın komponentlərini birləşdirmək vaxtıdır. Əgər bu proses baş verməsə, istədiyimiz nəticəni ala bilməyəcəyik. Çünki kino çox incə və şıltaq sənətdir. Kino xəyanəti qəbul etmir.

Eni zamanda, Azərbaycanın 39 rayonunda prokatın qurulması üçün mühüm işlər görmüşük. Bu yaxınlarda rayonlarımızda xarici və yerli filmlərin nümayişinə başlayacağıq.

Bütün bu işlərlə bərabər, Avropa Şurası nəzdində fəaliyyət göstərən Kinonun İnkişaf Fonduna üzvlüklə bağlı müraciət etmişik. Əgər təklifimiz müsbət qarşılanarsa biz birbaşa Avropa kino prokatında iştirak etmək hüququ qazanacağıq.

Bütün bu və ya digər işləri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində reallaşdırırıq. Dövlət Proqramında Azərbaycan kinosunun inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çox ciddi işlər görülməkdədir.

- Kinostudiyanın yenidən qurulması istiqamətində işlər hansı səviyyədədir?

- Hazırda Fransa şirkəti ilə bərabər, kinostudiyanın layihələşmə prosesi gedir. Layihələndirmə işlərinin cari ilin iyununda başa çatması gözlənilir. Çalışacağıq ki, “Azərbaycanfilm” Kinostudiyası müasir və gözəl kino şəhərciyinə çevrilsin. Burada yaradılacaq mədəniyyət mərkəzi müasir avadanlıqlarla təchiz olunacaqdır. Həmçinin burada mehmanxana, kino zalları, kino muzeyi, texniki kadrların hazırlanması üçün laboratoriyalar və.s fəaliyyət göstərəcəkdir. Bilirsiniz ki, neçə illərdir televiziyalar “Azərbaycanfilm”dən getmişdilər. Artıq bu gün İctimai Televiziya kinostudiyanın pavilyonunda öz seriallarını çəkir. Biz bu gün Azərbaycandakı bir çox teleşirkətlərlə əməkdaşlıq edirik.

- Müsahibəyə görə təşəkkür edir, rəhbərlik etdiyiniz kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Müsahibəni apardı:

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib