İQTİSADİYYAT
Azərbaycan və Türkiyə KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb
![Azərbaycan və Türkiyə KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb](/files/2023/2/1200x630/1689313989552660388_1200x630.jpg)
Bakı, 14 iyul, AZƏRTAC
İstanbulda səfərdə olan Azərbaycan nümayəndə heyəti Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşüb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsinə dəstəyə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat iştirak ediblər.