Azərbaycan vətəndaşlarının Macarıstandan daşınması normal rejimdə davam edir VİDEO
Budapeşt, 19 mart, AZƏRTAC
Azərbaycan vətəndaşlarının Budapeştdən Vətənə daşınması çarter reysi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, vətəndaşların daşınması normal qaydada davam edir. Sərnişinlər məsələyə anlaşıqlı yanaşır, həm Azərbaycan aviaşirkətləri, həm də Farens List adına hava limanının işçiləri ilə fəal əməkdaşlıq edirlər.
Soydaşlarımız AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətdə bu vəziyyətə düşən vətəndaşlara göstərdiyi qayğıya və onların evə çatdırılmasını operativ təşkil etdiyinə görə Azərbaycan hökumətinə öz təşəkkürlərini bildiriblər.
Tam tərkibdə hava limanında olan Azərbaycan səfirliyi Vətənə qayıdan vətəndaşlara hərtərəfli kömək göstərirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt