Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqı yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Azərbaycan xalqı yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Bakı, 2 may, AZƏRTAC

Müdrik şəxsiyyət, dünyaşöhrətli siyasi xadim, Vətən, xalq qarşısında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində, eləcə də dünya azərbaycanlılarının yüksək ehtiramı ilə respublikamızın hüdudlarından kənarda da geniş qeyd olunur. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı Sərəncam həm xalqımız, həm də dünya azərbaycanlıları tərəfindən böyük razılıqla qarşılanıb. Çünki bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, hazırda xalqımızın firavan, azad yaşamasının, ölkəmizin beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınmasının, o cümlədən müstəqil Azərbaycanın adının dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilməsinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub.

Bu fikirlər Ədliyyə Nazirliyi Nərimanov rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Səadət İsmayılovanın “Azərbaycan xalqı yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanın müstəqilliyini əbədiyyətə çevirdi, xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı və hüquqi, sivil, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı. Sərəncamda da qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

SSRİ-nin süqutundan sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi dövrü hər kəs yaxşı xatırlayır. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi, həm də sovet qayda-qanunlarından ayrıla bilməməsi müstəqilliyimizin qorunub saxlanılmasında və respublikamızın beynəlxalq aləmə inteqrasiyasında ciddi problemlər yaradırdı. Digər tərəfdən, ölkədə hökm sürən özbaşınalıq, kortəbii idarəçilik, məhkəmə-hüquq sistemində mükəmməl qanunların, milli dövlətçiliyimizin möhkəmləndirilməsində qanunvericilik aktlarının olmaması vəziyyəti getdikcə ağırlaşdırırdı. Belə bir vaxtda xalqın yeganə ümid yeri dünyaşöhrətli siyasi xadim Heydər Əliyev idi.

Xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər ilk növbədə hüquqi dövlət quruculuğu istiqamətində qarşıya mühüm vəzifələr qoydu. Heydər Əliyev həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş dövlətin inkişafında zəngin qanunvericilik bazasının yaradılmasını, qanunun aliliyinin təminatını prioritet sayaraq demişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyər-lərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Müstəqilliyimizin əbədiyyətə çevrilməsini qarşıya məqsəd qoyan Ümummilli Lider hər bir müstəqil dövlətin konstitusiyasının mövcudluğunu mühüm amillərdən biri hesab edirdi. Ulu Öndərin bu məqsədlə əsasını qoyduğu hüquqi islahatlar Azərbaycanda demokratik, sivil dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət quruculuğunda əsaslı dönüş yaratdı. Artıq yeni Konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdı. Dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ilin noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Dahi şəxsiyyət bununla qürur duyduğunu açıq şəkildə bəyan edərək demişdi: “Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının ilk milli Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şаh əsəri hesab olunur.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Bu tarixi sənədin qəbul еdilməsi Azərbaycanda hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının müdafiəsinin təməlini qoydu. Həmin ildən - 1995-ci ildən əfv və amnistiya institutlarının əsası qoyulmuş, indiyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları on minlərlə şəxsə tətbiq olunub. Bu gün də dövlətimiz həmin humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan sonra hər bir şəxs qarşısında mühüm bir vəzifə qoyuldu. Ümummilli Liderin bu məsələdə mövqeyi qəti idi: “Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir. Ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.

Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində yeni mərhələnin əsası qoyuldu. Ulu Öndər Konstitusiyamıza əsaslanaraq və demokratik prinsipləri rəhbər tutaraq, genişmiqyaslı islahatlara start verdi. Bu məqsədlə 1996-cı ildə özünün rəhbərlik etdiyi Hüquq İslahatları Komissiyasını yaratdı. Müdrik şəxsiyyət hüquqi dövlət quruculuğu istiqamətində məhkəmələrin, hüquq-mühafizə orqanlarının, ümumiyyətlə, ədliyyə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılmasını vacib hesab edirdi. Bir-birinin ardınca qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar, o cümlədən hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanunvericilik aktlarının da qəbul edilməsində əsas məqsədi bu idi. Məhkəmə-Hüquq Şurasının təsis olunması da Ümummilli Liderin bu istiqamətdə xüsusi önəm verdiyi məsələlərdən idi.

Məhkəmə islahatının ilkin mərhələsində atılmış mühüm addımlar nəticəsində müvafiq qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırıldı, yeni üçpilləli məhkəmə sistemi təsis edildi. Qanunvericilikdə məhkəmə hakimiyyəti müstəqilliyinin və hakimlərin statusunun əsasları, habelə hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edildi, məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradıldı, hakimlərin maddi və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ədliyyə sisteminin inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Həmin dövrdə - 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə qəbul olunan qanunlar Ədliyyə Nazirliyinin fəaliyyət dairəsini daha da genişləndirdi, cəmiyyətdəki rolunu əhəmiyyətli dərəcədə artırdı. Ümummilli Liderin diqqət və qayğısı sayəsində ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri də aparıldı. Nəticədə yeni qurumlar yaradıldı, onların işinin təşkili üzrə zəruri tədbirlər görüldü.

Bir əsrdən çox fəaliyyəti olan ədliyyə sistemi bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın əsası Ulu Öndər tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla hər il 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

Yeri gəlmişkən, bir faktı da xüsusi qeyd etmək istərdik. Bu gün Azərbaycan ədliyyəsinin beynəlxalq əlaqələri xeyli dərəcədə genişləndirilib və daha da möhkəmləndirilib. Ulu Öndərin siyasi kursuna bütün sahələrdə sadiqlik göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilədək müddətdə Azərbaycan ədliyyəsinin inkişafı üçün əsaslı islahatlar davam etdirilib. Xüsusilə qeyd edilməlidir ki, müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq artıb, vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradılıb. Eyni zamanda, ədliyyə sisteminin fəaliyyəti beynəlxalq normalara uyğunlaşdırılıb, mükəmməl normativ-hüquqi bazası yaradılıb.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək üçün insan hüquq və azadlıqlarının müdafiəsi xüsusi önəm daşıyırdı. Bu məsələ Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının ilk günlərindən qarşıya qoyduğu prioritet vəzifələrdən idi. Ümummilli Lider hələ 1993-cü ildə ölüm cəzasının icrasına veto qoymuşdu. 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq, Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi. Ulu Öndərin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edildi. Bundan sonra insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılırdı. Heydər Əliyev 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin göstəricisidir. Məhz Ulu Öndərin respublikaya rəhbərliyi dövründə ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu.

Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə hüquqi, sivil, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində bütün imkanlardan yetərincə istifadə edib. Zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı. Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlamasının əsası həmin dövrdə qoyulub. Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun şanlı Qələbə qazanaraq, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymasının da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu uğurlu siyasi kursun nəticəsidir ki, bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Otuz il Ermənistanın işğalı altında qalmış ərazilərimizdə bu gün Azərbaycan Bayrağının dalğalanması hər bir soydaşımızı qürurlandırır. Bu, həm də dünyaya “Qarabağ Azərbaycandır!” mesajının verilməsidir. Yeri gəlmişkən, həmin ərazilərdə hazırda aparılan genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinə dünyanın əksər dövlətləri də qoşulub. Bu, dünya birliyinin bir daha Azərbaycanın ərazi bütövlüyünü tanımasından xəbər verir.

Qürurla qeyd etmək istərdim ki, bir neçə gün əvvəl Milli Məclisdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun qəbul olunub. Yubiley medalının təsis edilməsi Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinə verilmiş dəyərli bir töhfə və yüksək qiymətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub