AZƏRBAYCAN YOLLARINDA “MATİZ” AVTOMOBİLLƏRİ GÖRÜNƏCƏKDİR
Özbəkistan Respublikası “UZ-DAEWOO AVTO” şirkətinin marketinq şöbəsinin meneceri Cahangir Əsgərov AZƏRTAC-ın müxbirinə demişdir ki, 1-ci Azərbaycan Beynəlxalq avtoşou sərgisində biz minik avtomobilinin 3 modelini nümayiş etdirmişik. Azərbaycan bazarında alıcı tapmaq, avtosalon açmaq və texniki xidmətlə məşğul olmaq istəyirik. Zavodumuz ildə 200 min avtomobil istehsal edir.
Əsas alıcılarımız Rusiya, Ukrayna, Qazaxıstan,Türkmənistan, Tacikistandır. Ümidvarıq ki, Azərbaycanda alıcılarımızın sayı artacaq. Bakının yollarında “MATİZ” avtomobilləri də görünəcəkdir.