Azərbaycanda 48 mehmanxana və mehmanxana tipli obyektin tikintisi aparılır
Bakı, 16 iyun (AZƏRTAC). Hazırda respublika üzrə 48 mehmanxana və mehmanxana tipli obyektin tikintisi aparılır.
Bu barədə AZƏRTAC-a məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, eyni zamanda, Şahdağ Qış-Yay Turizm Kompleksi kimi böyük layihənin reallaşdırılması prosesi davam edir.
Nazir bildirmişdir ki, məqsədə nail olmaq üçün əsas hədəflərdən biri bu obyektlərdə xidmət sahəsində çalışacaq müxtəlif peşələr üzrə bacarıqlı kadrların hazırlanmasıdır. Bunun üçün dövlət başçısının tapşırığı ilə Bakı və Qusarda turizm sahəsi üzrə yeni təlim mərkəzlərinin yaradılması istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]