AZƏRBAYCANDA ALMAN DİLİNİN TƏDRİSİ İLƏ 619 MÜƏLLİM MƏŞĞUL OLUR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ölkəmizin orta ümumtəhsil məktəblərində alman dilinin tədrisi ilə bağlı Azərbaycandakı məsələlər müzakirə olunmuşdur.
Misir Mərdanov bildirmişdir ki, orta ümumtəhsil məktəblərində həmin layihənin həyata keçirilməsi üçün nazirlikdə hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrupu yaradılmış və bu sahədə müəyyən iş aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda ölkəmizin 307 ümumtəhsil məktəbində alman dilini 43 min 749 şagirdə 619 nəfər müəllim öyrədir.
M.Mərdanov alman dili ilə bağlı müasir tələblərə cavab verən proqram və dərsliklərin hazırlanması üçün nazirliyin müvafiq şöbələrinə və işçi qrupuna tapşırıqlar vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]