Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başlayıb
Bakı, 19 mart, AZƏRTAC
“CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERI SPIRITS” zavodunda tibbi spirt istehsalına başlanılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istehsal olunan məhsulun ilk partiyası - 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.
Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.