Azərbaycanda gələn il daha 15 min işsiz şəxs üçün kiçik bizneslər qurulacaq
Bakı, 20 noyabr, AZƏRTAC
Növbəti ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, 2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17 min 500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır. Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [11:17]
Ötən gün 76 cinayətin açılması təmin edilib
- 12.06.2026 [10:46]
DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 12.06.2026 [10:33]
BDYPİ “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib
- 12.06.2026 [09:00]
İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
- 12.06.2026 [08:19]
Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]