Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda kənd təsərrüfatının dinamik inkişaf tempi davam edir - AÇIQLAMA

Bakı, 24 avqust, AZƏRTAC

Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.

Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. Görülən tədbirlər isə aqrar sahənin inkişafında xüsusi rol oynayıb.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının dinamik inkişaf tempi davam edir. Bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb. Artım həm bitkiçilikdə, həm də heyvandarlıqda müşahidə edilir. Belə ki, müqayisə olunan dövrdə bitkiçilik üzrə 0,2 faiz, heyvandarlıq üzrə isə 1,5 faiz artım qeydə alınıb. Göründüyü kimi, aqrar siyasət çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində sektorun ümumi inkişafında artım trendi qorunub saxlanır.

“Bu ilin ötən 7 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 7,5 milyard manat təşkil edib ki, bunun da 48,9 faizi heyvandarlıq sahəsinin, 51,1 faizi isə bitkiçilik sahəsinin payına düşür”, - deyən Namiq Şalbuzov vurğulayıb ki, yanvar-iyul ayları ərzində kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyər Ümumi Daxili Məhsulun 6 faizini təşkil edib. Bu da ötən ilin analoji göstəricisi ilə eynidir.

Kənd təsərrüfatında ixracyönümlü və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalının dövlət tərəfindən dəstəklənməsi, bu sahənin inkişafına subsidiyaların ayrılması aqrar məhsulların xarici bazarlara ixracının artmasını təmin edir. Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini bildirib ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 540 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı və emal məhsulları ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının ixrac həcminin 8,5 faiz artması ixrac dinamikasının növbəti aylarda da davam edəcəyini söyləməyə əsas verir. Xüsusilə də, əsas ixrac məhsullarımızdan olan fındıq, xurma, nar, alma və digər bu kimi meyvələrin yığım dövrünün hələ qarşıda olduğunu nəzərə alsaq, ixrac göstəricilərinin daha da artacağını əminliklə deyə bilərik.

Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor, xurma, tütün xammalı, pambıq məhsulu və digər məhsullar önəmli yer tutur. Bu ilin ilk yeddi ayı ərzində xarici bazarlara pomidor ixracı məbləğ olaraq 12,2 faiz, xurma ixracı 1,9 dəfə, tütün xammalı 4,5 dəfə, pambıq mahlıcı 1,6 dəfə artıb.

Kənd təsərrüfatı bölgələrdə əhalinin məşğulluq səviyyəsinin təmin olunmasında əsas sahələrdən biridir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi sayəsində ölkədə məhsuldarlıq göstəriciləri yüksəlir, istehsal göstəriciləri artır. “Bu ilin yanvar-iyun aylarında ötən ilin ötən 7 ayı ilə müqayisədə bir sıra əsas kənd təsərrüfatı məhsulları üzrə istehsal göstəriciləri əhəmiyyətli dərəcədə çoxalıb. O cümlədən diri çəkidə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz, şəkər çuğunduru istehsalı 2,4 dəfə, meyvə və giləmeyvə istehsalı, 5,1 faiz, bostan məhsullarının istehsalı 10,3 faiz, tərəvəz məhsullarının istehsalı 0,2 faiz artıb”, - deyə Namiq Şalbuzov qeyd edib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişikliklərinin bütün dünyada olduğu kimi, ölkəmizin də kənd təsərrüfatına mənfi təsirləri artmaqdadır. Buna rəğmən dayanıqlı əkinçilik praktikasının tətbiqinin ildən-ilə genişləndirilməsi, torpaq və su resurslarından səmərəli istifadənin dövlət dəstəyi mexanizmləri hesabına artırılması iqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirini minimuma endirir. Xüsusilə də, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının alışına, damazlıq heyvan alışına dövlət tərəfindən güzəşt vəsaitinin ayrılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi istehsalın daha təminatlı, xarici təsirlərə daha dözümlü formada təşkilinə öz töhfəsini verir.

“Bir sözlə, kənd təsərrüfatında yaradılan əlavə dəyərin ÜDM-də payını qoruyub saxlaması, aqrar məhsulların ixrac həcminin artması, heyvandarlıq və bitkiçilik sahəsində istehsal həcminin çoxalması dövlətin aqrar siyasətinin müsbət nəticələridir. Bu göstəricilər həm də kənd təsərrüfatı məhsullarının istehsalçılarının, yəni fermerlərin gəlirlərinin artması deməkdir”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb