“AZƏRBAYCANDA MEDİA AZADLIĞINA TƏSİR EDƏN HÜQUQİ ASPEKTLƏR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Tədbirdə çıxış edənlər müstəqillik qazandıqdan sonra Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyması ilə mətbuat və söz azadlığının təmin olunması üçün islahatlar apardığını, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq media azadlığını təmin edən qanunvericilik bazasının müasir tələblərə uyğunlaşdırdığını qeyd etmişlər.
Sonra ”Nüfuzu müdafiə edən Azərbaycan Respublikası qanunları” və “Məlumat azadlığı haqqında qanun layihələri” mövzularında ekspertlərin məruzələri dinlənilmişdir.
Dəyirmi masada ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haratşi, Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsi Mats Lindberq, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkilləri, hökumət rəsmiləri, ATƏT-in Bakı ofisinin rəhbəri Mauritsio Pavezi, ATƏT-in və Avropa Şurasının ekspertləri, xarici ölkə səfirliklərinin, QHT-lərin, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.