ELM VƏ TƏHSİL
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi keçirilir
![](/files/galleryphoto/2024/1/1200x630/17092062733144632098_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1709206273401938917_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062732441425769_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062733221263198_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062738812378_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062732171914062_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1709206274367126592_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062746266023388_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062745103826255_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062745880653607_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062746435029755_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17092062745120331908_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1709206274884860909_1200x630.jpg)
Bakı, 29 fevral, AZƏRTAC
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi keçirilir. Bu il 16-cısı keçirilən tədbir Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin 230 illiyinə həsr edilib.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, olimpiadanın dördüncü turu Sumqayıt şəhərindəki 11 nömrəli məktəbdə keçirilib.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin və Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Sumqayıt şəhər Təhsil şöbəsinin inspektoru Pərvin Haqverdiyeva, 11 nömrəli məktəbin tədris-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi, rus dilinin dəstəklənməsi üzrə Beynəlxalq Pedaqoji Cəmiyyətin Koordinasiya Şurasının üzvü Lyubov İsmayılova, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina olimpiada iştirakçılarını salamlayıblar.
Tədbirdə Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova və 11 nömrəli məktəbin şagirdləri çıxış ediblər.
Olimpiadanın iştirakçılarına sertifikatlar təqdim edilib.
2024-cü ilin fevral-may aylarında olimpiadanın ikinci mərhələsi Azərbaycanın şəhər və rayonlarında Azərbaycan Respublikasının rus bölməsi olan məktəblərinin 7-9-cu sinif şagirdləri arasında inşa şəklində keçiriləcək. Olimpiada çərçivəsində təşkilatçılar respublikanın ümumtəhsil müəssisələrinə səfərlərlə regional turlar keçirəcəklər.
Apreldə başa çatacaq ikinci mərhələyə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri və Azərbaycanın digər 52 rayonundan 2400 min tələbə daxildir. İyun ayında qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçiriləcək.
Ənənəvi olaraq, rus dili olimpiadası Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.