Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Ümumdünya Statistika Günü qeyd olunmayacaq

Azərbaycanda Ümumdünya Statistika Günü qeyd olunmayacaq

Statistika Komitəsi beynəlxalq təşkilatların və bütün ölkələrin statistika qurumlarına müraciət ünvanlayıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkə statistikləri adından bütün beynəlxalq təşkilatların və dünya ölkələrinin statistika qurumlarına müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir:

“Hörmətli həmkarlar!

Məlum olduğu kimi, BMT Baş Assambleyasının 69/282 saylı Qətnaməsinə uyğun olaraq 2020-ci il oktyabrın 20-də bütün dünya statistikləri hər 5 ildən bir keçirilən Ümumdünya Statistika Gününü təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar.

Qeyd etmək istərdik ki, son illər ərzində dünyada statistikanın əhəmiyyətinin xeyli dərəcədə yüksəlməsi fonunda istər beynəlxalq, istərsə də milli səviyyədə rəsmi statistikanın inkişafı naminə böyük işlər görülüb, statistikanın modernləşdirilməsi, kadr potensialının inkişafı, metodoloji bazaların təkmilləşdirilməsi və sair istiqamətlərdə ciddi uğurlar əldə edilib. Statistika qurumları hazırda olduqca çətin şəraitdə - bəşəriyyət üçün fəlakətə çevrilmiş COVID-19 pandemiyası və iqlim dəyişiklikləri nəticəsində getdikcə dərinləşən ekoloji problemlər, qlobal siyasi, iqtisadi təlatümlər, artan silahlı münaqişələr, humanitar böhranlar dövründə fəaliyyət göstərir, cəmiyyətin inkişafı və gələcək nəsillərin firavanlığı naminə fədakarcasına çalışaraq milli və beynəlxalq səviyyədə daha dəqiq qərarların verilməsi üçün statistik informasiya təminatının fasiləsizliyini təmin edirlər.

Böyük təəssüf hissi ilə bildiririk ki, yuxarıda qeyd olunanlara şahidlik etdiyimiz bir zamanda Ermənistan silahlı qüvvələrinin cari ilin sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı növbəti hərbi təcavüzü, Azərbaycan Respublikasının yaşayış məntəqələrini ağır artilleriyadan, ballistik raketlərdən atəşə tutması, mülki əhalini hədəfə alması, onlarla dinc sakinin, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması, minlərlə yaşayış evlərinin və sosial obyektlərin dağıdılması nəticəsində yaranmış vəziyyət Azərbaycanda statistiklərin böyük səbirsizliklə gözlədiyi Ümumdünya Statistika Gününün qeyd edilməsini mənəvi prinsiplər və etik normalar baxımından mümkünsüz edib.

Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini bu günədək icra etməyən, beynəlxalq humanitar hüququ, Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozmaqda davam edərək beynəlxalq təşkilatların münaqişənin sülh yolu ilə həllinə dair çağırışlarına məhəl qoymayan Ermənistanın silahlı qüvvələri son 20 gündə döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Mingəçevir və Naftalan şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər və Yevlax rayonlarının yaşayış məntəqələrini, ölkənin ən iri su elektrik stansiyasını, Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərini hədəfə alaraq intensiv şəkildə atəşə tutub, humanitar məqsədlərlə oktyabrın 10-da əldə edilmiş atəşkəs razılığına da əməl etməyib. Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 2-də öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti dəfə ballistik raketlər atıb, yalnız bu vandalizm aktı nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb, 3 azyaşlı uşaq hər iki valideynini itirib, 3 yaşayış binası tamamilə dağıdılıb, onlarla çoxmənzilli yaşayış binasına və sosial təyinatlı müxtəlif obyektlərə ziyan dəyib.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanda Ümumdünya Statistika Gününün qeyd olunmayacağına dair qərarımıza hörmət və anlayışla yanaşacağınıza ümid edirik. Hesab edirik ki, BMT-nin bütün qərarları, o cümlədən Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələri icra olunmalı, beynəlxalq təşkilatlar və ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe sərgiləməli, Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasəti dayandırılmalı, onun işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini tərk etməli, 1,2 milyon qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmaları təmin edilməlidir.

Hörmətli həmkarlar,

Bütün bunlara baxmayaraq, Azərbaycanın statistikləri öz nikbinliyini itirmir və dünyamızın daha yaxşı gələcəyinə əminliyini ifadə edərək Ümumdünya Statistika Günü münasibətilə sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə sülh və firavanlıq arzu edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Dövlət Akademik Filarmoniyasının şagirdləri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər