Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandan Almaniyaya təqribən 22 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub - TƏHLİL

Bakı, 17 mart, AZƏRTAC

Son 5 ildə meyvə-tərəvəz ixracı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Həmin il ölkəmizdən 725 902 080 ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlildə bildirilib.

Ötən il isə ölkəmizdən 707 795 060 ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edilib ki, bu göstərici 2023-cü ilin ixrac həcmi ilə müqayisədə 2,49 faiz və ya 18 107 020 dollar az olsa da, ondan əvvəlki üç ilin göstəricilərindən yüksək olub.

2024-cü ildə meyvə-tərəvəz məhsullarının ixrac həcmi qeyri neft-qaz məhsullarının ixracının 21,09 faizini, ölkənin ümumi ixracının isə 2,6 faizini təşkil edib.

Rəsmi rəqəmlərə əsasən, son 5 ilin statistikası göstərir ki, meyvə-tərəvəz məhsullarının xüsusi çəkisi qeyri neft-qaz məhsullarının ümumi ixracında davamlı olaraq azalır. Lakin bu azalma meyvə-tərəvəz ixracının azalması ilə deyil, digər qeyri-neft-qaz məhsullarının ixracının artması ilə bağlıdır. Bu da onu göstərir ki, Azərbaycan qeyri-neft sektorunda siyasətini uğurla həyata keçirir və ixrac olunan məhsul kateqoriyalarını genişləndirir.

Məlumat üçün bildirək ki, meyvə-tərəvəz məhsullarının ümumi ixracdakı payı 2022-ci ilə qədər azalsa da, 2023 və 2024-cü illərdə yenidən artıb.

Keçən il ölkəmizdən ən çox ixrac edilən meyvə-tərəvəz məhsulu pomidor (tomat) olub. İl ərzində xarici bazarlara 175 430 420 ABŞ dolları dəyərində pomidor ixrac edilib ki, bu da ümumi meyvə-tərəvəz ixracının 24,79 faizini təşkil edib. Bu göstərici pomidorun Azərbaycanın kənd təsərrüfatı ixracında mühüm yer tutduğunu və xarici bazarlarda Azərbaycan pomidoruna yüksək tələbatın olduğunu göstərir.

Pomidordan sonra ölkəmizdən ən çox ixrac edilən ikinci meyvə-tərəvəz məhsulu qabığı təmizlənmiş meşə fındığıdır. 2024-cü ildə xarici bazarlara 126 684 280 ABŞ dolları dəyərində fındıq ixrac edilib ki, bu da ümumi meyvə-tərəvəz ixracının 17,9 faizini təşkil edib.

İlk üçlüyü xurma tamamlayır. 2024-cü ildə ölkəmizdən 113 664 360 ABŞ dolları dəyərində xurma ixrac edilib ki, bu da ümumi meyvə-tərəvəz ixracının 16,06 faizinə bərabərdir.

Azərbaycanın meyvə-tərəvəz məhsullarının ən çox ixrac olunduğu ölkə şimal qonşumuz Rusiya Federasiyasıdır ki, bunun bir neçə səbəbi var:

*Coğrafi yaxınlıq – məhsulların daha sürətli və az xərc ilə ixracına imkan yaradır.

*Azərbaycan məhsullarına olan yüksək tələbat – xüsusilə pomidor, xurma və fındıq kimi məhsullar Rusiya bazarında geniş yayılıb və keyfiyyəti ilə seçilir.

*İkitərəfli iqtisadi və gömrük münasibətləri – Azərbaycan və Rusiya arasında ixrac prosesini asanlaşdıran gömrük razılaşmaları.

Yuxarıda sadalanan səbəblər nəticəsində 2024-cü ildə ümumi meyvə-tərəvəz ixracının 84,14 faizi məhz Rusiyaya yönəldilib ki, bu da 595 536 980 ABŞ dolları həcmində məhsul deməkdir.

İxracın qalan 15,86 faizi və ya 112 258 080 dollar həcmində məhsul başda Almaniya olmaqla, digər ölkələrə yönəldilib. Daha dəqiq desək, il ərzində Almaniyaya 21 835 090 dollar dəyərində meyvə-tərəvəz ixrac olunub. Bu, Azərbaycanın Avropa bazarına daxil olması və bu bazarda daha da möhkəmlənməsi baxımından mühüm addımdır.

2024-cü ildə müharibə şəraitində olan Ukraynaya 18 030 410 dollar dəyərində meyvə-tərəvəz ixrac edilib. Hər nə qədər müharibə şəraiti çətinliklər yaratsa da, Azərbaycanın Ukrayna ilə ticarət əlaqələri var və bu, Azərbaycanın etibarlı bir ticarət tərəfdaşı olmasını bütün dünyaya nümayiş etdirir.

Hesabat dövründə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliyaya isə 14 269 380 dollar dəyərində meyvə-tərəvəz ixrac olunub.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə ixrac olunan pomidorun 96,18 faizi Rusiyaya göndərilib və bu, ixracın həcmi 168 736 170 ABŞ dolları təşkil edib.

İkinci ən çox ixrac edilən məhsul olan qabığı təmizlənmiş meşə fındığının 54,71 faizi (69 314 190 dollar) Rusiyaya, 16,98 faizi (21 513 010 dollar) Almaniyaya, 11,23 faizi (14 227 260 dollar) İtaliyaya ixrac olunub. İxrac olunan fındığın qalan 17,08 faizi (21 629 820 dollar) isə digər ölkələrə göndərilib.

Üçüncü ən çox ixrac olunan məhsul olan xurmanın da böyük hissəsi (84,67 faiz) Rusiyaya satılıb. Bu, ixracın həcmi 96 238 520 dollar təşkil edib. İxrac olunan xurmanın qalan 11,39 faizi (12 945 210 dollar) Ukraynaya, 3,94 faizi (4 480 630 dollar) isə digər ölkələrə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb