SİYASƏT
Azərbaycanın Avropa Şurasına üzvlükdən sonra imzaladığı konvensiyaların sayı müəyyənləşib
Bakı, 9 dekabr, AZƏRTAC
Həm Avropa Şurası, həm də Azərbaycan əməkdaşlığa və son iyirmi il ərzində birlikdə gördüyü işlərə sadiqliklərini nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Şurası Baş katibinin müavini Byorn Berge ADA Universitetində Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın 20 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına videomüraciətində söyləyib.
O qeyd edib ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Şuranın 65 konvensiyasını imzalayıb və ratifikasiya edib. Doqquz dəfə isə qismən sazişə qoşulub.
Baş katibin müavini Lanzarote Konvensiyasının (Uşaqların Cinsi İstismar və Seksual Xarakterli Hərəkətlərdən Müdafiəsinə dair Avropa Şurası Konvensiyası) bu yaxınlarda baş tutan ratifikasiyasından bəhs edib. Həmçinin bu addımın indiki və gələcək gənc nəsillərin sağlamlığı və rifahı üçün əhəmiyyətini vurğulayıb.