Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıdakı yarışda ikinci yeri tutub
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanın bədi gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yığma halqa proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.