Azərbaycanın biznes ictimaiyyəti birgə bəyanat yayıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycanın biznes ictimaiyyəti birgə bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycanda Britaniya Biznes Qrupu (BBG), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF), İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM) və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası (IACCI) Azərbaycan xalqına birgə dəstəklərini ifadə edirlər.
Birgə bəyanatda deyilir: “Biz, münaqişə zonası xaricindəki mülki şəxsləri və kritik infrastrukturu hədəf alan son və davam edən hücumlar da daxil olmaqla, Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı edilən bütün hərbi əməliyyatları pisləyirik. Həmçinin hərbi əməliyyatlar nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə başsağlığı verir və hamıya əmin-amanlıq arzu edirik.
Biz, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq həll edilməsinə çağırırıq.
Ötən günlər ərzində son 30 ildə ilk dəfə olaraq işğal altında olan bir neçə ərazinin erməni işğalından azad edilməsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıdacağına və davamlı sülhün bərqərar olduğu stabil bölgədə yaşayacağına ümid verir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]