Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın bölgələrində - Quba, Qusar və Xaçmazda ən yaxşı parklar

Bakı, 22 iyun, AZƏRTAC

Şəhər parkları - daş cəngəlliklərdəki vahələr istirahətə gələnləri öz xüsusi sakit ab-havasıyla cəlb edir, onları əsrlərcə yaşı olan ağacların kölgəsində əyləşməyə və fəvvarələrdəki suyun şırıltısından həzz almağa dəvət edir. Azərbaycanın bölgələrindəki parklar abadlığına görə paytaxt parklarından nəinki seçilmir, hətta bəzən onları üstələyir. Bu parklardan bəzilərinin 100-dən çox yaşı var, bəziləri isə bu yaxınlarda istifadəyə verilib, bəzi şəhər bağçaları yığcamlığı, bəziləri isə müxtəlif infrastruktura malik nəhəng kompleksləri ilə fərqlənir.

Gəlin, bu barədə təfsilatı ilə danışaq.

Quba şəhərinin Mərkəzi meydanında yerləşən park

Bu park tam bərpadan sonra 2012-ci il iyulun 15-də istifadəyə verilib və qubalıların sevimli istirahət mərkəzinə çevrilib. Sahəsi 2 hektaradək genişləndirilən park şəbəkəli söhbətgahlar, palıddan hazırlanmış skamyalar, gözəl çıraqbanlıqla bəzədilib. Park yaşıllığa qərq olunub: burada əzəmətli söyüdlər, yaşıl küknarlar, qoca çinarlar, rəngarəng çiçək ləkləri yetişdirilir. Parkın ərazisində çoxsaylı uşaq attraksionları - dəmir yolu, “Vertolyotik” karuseli, yelləncəklər, qum qabları quraşdırılıb. Parka gələnləri musiqili fəvvarə, ana və uşaq kafesi, həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamında konsert proqramları gözləyir. Axşamlar park bura dincəlməyə, musiqiyə qulaq asmağa, xudmani çayxanada çay içməyə, stolüstü oyunlar oynamağa və yaxınları ilə ünsiyyətdə olmağa gələn insanlarla dolu olur.

Quba şəhərində Nizami adına park

Deyilənə görə, şəhərin ən qədim parkı sayılan Nizami parkını almanlar 1946-cı ildə salıblar. Ərazisi başdan-başa yaşıllıq olan parkdakı ağacların kölgəsində fəvvarələr şırıldayır. Parka dincəlməyə gələnlər asudə vaxtlarını çayxanalarda, bilyard oynamaqla və ya skamyalarda dincəlməklə keçirirlər. Parkda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi qoyulub. Abidənin ətrafında xiyaban boyunca ədibin ən məşhur əsərlərindən süjetləri əks etdirən barelyeflər düzülüb.

Nizami adına Parkda diqqəti çəkən mərkəzi bina 2011-ci ilin sentyabrında tikilmiş ikimərtəbəli Quba Şahmat Məktəbidir. Məktəbin birinci mərtəbəsində yerləşən kompüter zalı və 6 məşq otağı simsiz internet şəbəkəsi ilə təchiz edilib. İkinci mərtəbədə 300-350 şahmatçının eyni vaxtda yarışa biləcəyi zal yerləşir. Yeri gəlmişkən, əsas zalda keçirilən bu yarışları monitorlar vasitəsilə də izləmək mümkündür. İkinci mərtəbədə, həmçinin hazırlıq otaqları və inzibati otaqlar yerləşir.

Parkda gəzərkən, sovet eklektikası üslubunda qızılı rəngli abidələrlə - üzüm yığan qadın, əlində top olan qız, tennis raketi tutan yeniyetmə, fəhlə və s. bəzədilmiş pilləkənlə Qudyalçay üzərindən keçən qədim tağşəkilli körpüyə enmək mümkündür. Piyada körpüsü yolçuları dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbəyə aparıb çıxarır.

Qusar şəhərində Nəriman Nərimanov adına park

Azərbaycanın şimalında, Qusar şəhərində yerləşən Nəriman Nərimanov adına mərkəzi mədəniyyət və istirahət parkı ölkədə ən qədim parklardan sayılır. 1853-cü ildə yaradılan bu park 1963-cü ildə Azərbaycan Respublikasının ən yaxşı parkı adına layiq görülüb.

Qədim parkların üstünlüyü əsasən onların florasıdır, buradakı nəhəng ağaclardır. Ərazisi 3 hektardan çox olan Qusar mədəniyyət və istirahət parkında palıd, şabalıd, fıstıq, göyrüş, cökə, çaytikanı, zoğal, alça, yemişan və s. yetişir. Parkın müxtəlif otluluqları arasında hətta yabanı soğan və sarımsağa da rast gəlmək mümkündür. Təbiətin bu guşəsi xeyli sayda quşlar, o cümlədən sığırçın, dolaşa, qaratoyuq, göyərçin, qızılquş və digərlərinin məskənidir.

Parkda Azərbaycan yazıçısı, ictimai və siyasi xadim Nəriman Nərimanovun heykəli ucaldılıb. Buradakı Qəhrəmanlar Xiyabanında Qusar rayonunun sakini, Böyük Vətən müharibəsi qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin abidəsi qoyulub.

Kölgəli xiyabanlar arasında skamyalar, müxtəlif abidələr, fəvvarə quraşdırılıb. Parkdakı səhnədə bayram günlərində mədəniyyət xadimlərinin çıxışları olur. Ətrafda kafe, veteranlar evi fəaliyyət göstərir.

Xaçmaz şəhərində Heydər Əliyev Seyrəngahı

Qusarla qonşu olan Xaçmaz şəhərinin parkları özünün tərtibatı ilə paytaxtın hətta ən təcrübəli, dünyagörmüş sakinlərini də heyrətləndirməyi bacarır. Bunlardan biri 2 kilometr uzunluğunda və ümumi sahəsi 5 hektar olan Heydər Əliyev Seyrəngahıdır. Park Bakı prospektinin hər iki tərəfində yerləşir və mozaika ilə bəzədilmiş, 24 metr uzunluğunda olan iki yolüstü piyada keçidi ilə birləşir.

Möhtəşəm heykəllər, fəvvarələr və mozaika ilə bəzədilmiş böyük daş söhbətgahlar istirahətə gələnlərin diqqətini çəkir. Parkda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə adlandırılmış iki bulaq kompleksi yerləşir. Heydər Əliyev bulaq kompleksində 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə və 80 fəvvarə quraşdırılıb. İlham Əliyev kompleksində isə 15 metr hündürlüyündə bulaq, 3 süni şəlalə və 48 fəvvarə yerləşir.

Fəvvarələr müxtəlif forma və ölçülərinə görə bir-birini üstələməyə çalışır. Belə ki, onlardan biri - nəhəng samovar və fincan şəklində olan fəvvarə 12 metr hündürlüyündədir. Digərində sanki göydən asılan çaydan təsvir edilib, içərisindən axan su çaya bənzədilib. Şərqdə həyatı çaysız təsəvvür etmək qeyri-mümkündür, çay Azərbaycan mədəniyyətində də xüsusi yer tutur. Təsadüfi deyil ki, məhz Xaçmazda çay mövzusuna aid bu qədər heykəltəraşlıq kompozisiyaları var. Burada Canaxır kəndində kurqanların birində 1982-ci ildə Azərbaycan ərazisində ilk tapılan samovar (eramızdan əvvəl III-II əsrlərə aid) aşkar edilib. Samovarla birgə tapılmış, yağla işləyən ənənəvi çıraq da bu parkdakı heykəltəraşlıq nümunələrinin birində əks olunub. Nəhayət, parkda Azərbaycan rəmzlərini göstərən heykəllər sırasını zərif səhəng tamamlayır. Adətən bu qabda qızılgül suyu (gülab) saxlanılır. Parkda, həmçinin tanınmış şair və dövlət xadimi, Səfəvilər Dövlətinin banisi Şah İsmayıl Xətainin (1487-1524) abidəsi qoyulub.

Hər parkda olduğu kimi, burada da istirahət edənlərə kafe, çayxana və restoranlarda xidmətlər göstərilir. Rahat skamyalar və xiyabanlar, zümrüd şəffaflığı ilə cəlb edən, yaxşı becərilmiş qazonlar daha yaxşı dincəlməyə şərait yaradır.

Xaçmaz şəhərində Mədəniyyət Xadimləri parkı

Xaçmazın tam mərkəzində yerləşən, Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr edilən bu parkı açıq səma altında muzey də adlandırırlar. 2006-cı ildə park açılarkən burada 15 tanınmış şəxsiyyətin büstü qoyulmuşdu. 2010-cu ildə muzey bərpa edilib, 2013-cü ildə isə burada işıqlandırma sistemi, fəvvarələr və çiçək ləkləri yenilənib.

Hazırda 2 hektar ərazisi olan parkda 39 şair və yazıçının, mədəniyyət və incəsənət xadimlərinin büstləri, dahi Nizami Gəncəvinin abidəsi qoyulub. Burada, həmçinin tanınmış yazıçıların məşhur əsərlərindən süjet kompozisiyaları nümayiş etdirilir. Parkın ərazisində Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, M.F.Axundzadə adına şəhər kitabxanası yerləşir, həmçinin 5 fəvvarə və bulaq kompleksi fəaliyyət göstərir.

Xaçmaz şəhərində Çənlibel parkı

Xaçmazın digər görməli yerlərindən biri də Çənlibel parkıdır. Parkın adı ədalətsiz hökmdarlara qarşı xalq mübarizəsinə başçılıq edən Koroğlu eposunun qəhrəmanının yaşadığı yerin adından götürülüb. Parkda Koroğlunun at belində, əlində qılınc olan abidəsi diqqəti xüsusilə cəlb edir. Parkın divarlarında, həmçinin xalq eposundan və tarixdən bəzi səhnələr təsvir olunub.

Parkın 5 hektarlıq nəhəng ərazisində uşaqlar da darıxmayacaq. Burada çoxlu yelləncəklər, hər yerdə quraşdırılan rəngarəng heykəltəraşlıq kompozisiyaları - çoban sürüsü ilə, otların üstündə ördəklər, bir tərəfdə zürafə, məzəli inək, nağıl qəhrəmanı Şrekin fiquru və s. göz oxşayır. Süni şəlaləsi olan göldə ağ qu quşu dəstəsi yerində donub qalıb. Kran şəklində olan fəvvarə də diqqəti çəkir: sanki havadan asılı qalıb. Parkda çoxlu rahat skamyalar və kölgəli söhbətgahlar quraşdırılıb.

Xaçmaz şəhərində Fəvvarələr parkı

Xaçmazın görməli yerlərindən daha biri - Fəvvarələr parkı 2012-ci ildə tam bərpa edilərək istirahət edənlərin ixtiyarına verilib. Burada 1 hektarlıq ərazidə müxtəlif forma və quruluşa malik, hərəsi özünəməxsus nə az, nə çox - 7 nəhəng fəvvarə yerləşir. Parkın infrastrukturu xüsusilə axşamlar daha gözəl görünür: ustalıqla altdan işıqlandırılan fəvvarələr şırıltı ilə axaraq büllur təravətini ətrafa yayır.

Hər yerdə maraqlı heykəltəraşlıq kompozisiyaları quraşdırılıb: zürafə balası ilə, xortumu suya uzanan fil, nimfa (ilahə) əlində səbət və s. Parkda çoxlu kafe, çayxana, içki və dondurma satışı məntəqələri fəaliyyət göstərir.

Bundan əlavə, Fəvvarələr parkının ərazisində 29 min kitab fondu olan Uşaq Kitabxanasının binası və Xalça Muzeyi yerləşir. Muzeyin sərgisi arzu edənlərə Azərbaycanda xalçaçılıq sənətinin tarixi və müasir mərhələdəki inkişafı ilə tanış olmağa şərait yaradır. Muzeyin pavilyonlarında əsas yer ölkənin şimal bölgəsinin xalçaçılıq məktəbinin nümunələrinə ayrılıb. Burada 60-dək qədim xalça nümunələri ilə tanış olmaq mümkündür. Tanınmış xalçaçı-rəssam Kamil Əliyevin “Heydər Əliyevin xalça portreti” əsəri eksponatlar arasında xüsusi yer tutur. Bütövlükdə, sərgi bu gün Azərbaycanda xalçaçılıq məktəbinin növbəti yüksəliş dövrü yaşadığını açıq-aşkar nümayiş etdirir.

Parkın salındığı əlverişli məkan, xiyaban boyunca skamyaların qoyuluşu, sıralanmış çiçək ləkləri - bütün bunlar Fəvvarələr Parkını Xaçmaz sakinləri və şəhərə gələn qonaqların sevimli istirahət mərkəzinə çevirib.

Ardı var...

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir