Azərbaycanın caz triosu fransız cazsevərlərin qəlbini fəth edib
Paris, 18 may, AZƏRTAC
Parisdə “Saint-Germain-des-Prés” 24-cü Caz Festivalında azərbaycanlı gənc pianoçu Etibar Əsədli öz triosu ilə iştirak edib.
AZƏRTAC xəbər verir ki, muğamın sözləri ilə caz dinamikasının qarışığı, ənənəvi muğam melodiya və modallığı ilə cazın müxtəlif harmoniya və ritmlərinin sintezi olan “caz-muğam”, başqa sözlə desək, “Azərbaycan cazı” Parisin Latın məhəlləsinin mərkəzində yerləşən “Maison de l'Océan” zalında sürəkli alıqışlarla qarşılanıb. Gənc pianoçu E.Əsədli öz triosu ilə “Saint-Germain-des-Prés” 24-cü Caz Festivalında fransız cazsevərlərin qəlbini fəth edib.