AZƏRBAYCANIN DAHA BİR BOKSÇUSU OLİMPİYA TURNİRİNİN DÖRDDƏBİR FİNALINA ÇIXDI
AZƏRTAC xəbər verir ki, Azərbaycanın daha bir boksçusu – 60 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Hüseynov amerikalı Visente Eskabedoya 36:18 hesabı ilə qalib gələrək, Olimpiya turnirinin 1/4 finalına çıxmışdır. Rəqiblər birinci raundda texniki cəhətdən mükəmməl boks nümayiş etdirmiş və həmin hissə heç-heçə - 5:5 hesabı ilə başa çatmışdır. İkinci raundda boksçumuzun üstünlüyü göz qabağında idi – 14.10. Sonrakı raundlarda döyüş eyni səviyyədə keçmiş və Azərbaycan boksçusu 18 xal üstünlüklə qalib gəlmişdir.
Dörddəbir finalda Rövşən Hüseynovun rəqbi kubalı Mario Sezar Kindelan Mesa olacaqdır.
Digər olimpiyaçımız, üç təkanla tullanma yarışlarında çıxış edən yüngül atlet Sergey Boçkov təsnifat həddini keçə bilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]