Azərbaycanın daha bir stend atıcısı III MDB Oyunlarında gümüş medal qazanıb
Qəbələ, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın stend atıcısı Mürtəza Novruzov III MDB Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, oğlanların yarışında fəxri kürsüyə qalxıb.
Özbəkistanlı Azamat Kayumov qızıl, rusiyalı Kirill Baqrov bürünc mükafata yiyələnib.
Daha əvvəl qızların mübarizəsində Nərmin Cəfərova da ikinci yer tutub.
Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.