Azərbaycanın dördqat dünya çempionu karyerasını bitirəcəyi vaxtı açıqlayıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 55 kiloqramda mübarizə aparan idmançı beşinci dəfə dünya çempionu olduqdan sonra güləşlə vidalaşacağını bildirib: “Gələcəkdə nə olacağını bilmirəm. Amma beşinci dəfə dünya çempionu olmaq istəyirəm. Gələn il təşkil olunacaq Avropa çempionatında isə çıxış etməyəcəyəm”.
Finalda məğlub etdiyi İran təmsilçisi Poya Marzla görüşündən də danışan idmançı əlavə edib: “Onunla dörd dəfə qarşılaşmışam və hər birində qalib gəlmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Bu səbəbdən rəqib dünənki qarşılaşmamızda (1:1) qələbəyə yaxın idi”.
Qeyd edək ki, Eldəniz Əzizli daha əvvəl 2018, 2022 və 2023-cü illərdə keçirilmiş dünya çempionatlarında qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]