Azərbaycanın dövlət orqanlarının rəsmiləri NATO-nun mənzil-qərargahında olublar
Brüssel, 22 iyun, AZƏRTAC
İyunun 22-də Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının mətbuat və ictimaiyyətlə əlaqələrə cavabdeh nümayəndələrindən ibarət heyət NATO-nun mənzil-qərargahında olublar.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri NATO-nun müxtəlif strukturlarının ictimai diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahələrində təcrübəsi və yanaşmaları ilə tanış olacaq, sosial media, həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi, bu kimi digər mövzulara həsr olunan brifinqdə və dəyirmi masada iştirak edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel