Azərbaycanın Əməkdar artisti Sankt-Peterburq caz festivalında iştirak edəcək
Moskva, 13 yanvar, AZƏRTAC
Azərbaycanın Əməkdar artisti Həsən Bağırov Sankt-Peterburqda keçiriləcək “Gitara forumu”nun aparıcılarından biri olacaq.
AZƏRTAC xəbər verir ki, forum XXII Sankt-Peterburq Yeni il Caz Festivalı çərçivəsində ilk dəfə təşkil olunacaq. Bu barədə jurnalistlərə festivalın musiqi direktoru David Qoloşenko məlumat verib.
Xatırladaq ki, Həsən Bağırov Sankt-Peterburq kapellası nəzdində Xor kollecinin və M.Musorqski adına Musiqi Kollecinin caz gitara ixtisası üzrə məzunu, Sankt-Peterburq Caz Filarmoniyasının solistidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]