Azərbaycanın iki qılıncoynadanı bürünc medal qazanıb
Gəncə, 5 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində qılıncoynatma üzrə yarışlar davam edir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycan qılıncoynadanları Zərifə Hüseynova və Valentina Zeynalova yarımfinalda sablya növündə rusiyalı rəqiblərinə məğlub olaraq bürünc medal qazanıblar.