Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turist səfərləri təşkil edilməsinin qarşısı alınıb
Bakı, 15 dekabr, AZƏRTAC
Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Kanadadakı səfirliyi tərəfindən tədbirlər görülüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, görülmüş tədbirlər nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə “ToursbyLocals” şirkəti tərəfindən qanunsuz turist səfərlərinin təşkili dayandırılıb və şirkətin internet resurslarından bununla bağlı bütün məlumatlar çıxarılıb.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət XİN-in və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]