Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İspaniyadakı səfiri bu ölkənin “ABC” qəzetinə müsahibə verib

Azərbaycanın İspaniyadakı səfiri bu ölkənin “ABC” qəzetinə müsahibə verib

Madrid, 16 oktyabr, AZƏRTAC

İspaniyada böyük oxucu kütləsinə malik “ABC” qəzeti (1903-cü ildə Madriddə təsis edilib) Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.

AZƏRTAC xəbər verir ki, “Türkiyənin Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirakı cəfəngdir” sərlövhəsi ilə dərc olunmuş müsahibə zamanı “ABC” qəzetinin redaktoru Xayme Sançes səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən qonşu dövlətin növbəti təxribatına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi, Türkiyənin bölgədə hərbi əməliyyatların aparılmasında Azərbaycana mümkün dəstəyi barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir Anar Məhərrəmov öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək, Qarabağ ərazisinin tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.

Səfir A.Məhərrəmov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edərək, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğal olunduğunu, azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Azərbaycanın dövlət sərhədində yerləşən Tovuz rayonu istiqamətində hərbi təcavüz törədib. Hərbi təxribatı həyata keçirməkdə Ermənistanın niyyətlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan Azərbaycan ərazisindən keçən enerji kəmərlərini, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına salmağa cəhd etmək olub.

Sentyabrın 27-dən isə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilib, 15 oktyabr tarixinə olan məlumata əsasən, 47 dinc sakin həyatını itirib, 222 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onlara Əlavə protokolların kobud şəkildə pozulması deməkdir.

Bildirilib ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır.

Səfir A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdıraraq, bu baxımdan İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından tam şəkildə azad edilməsindən sonra regionda sülh və sabitliyin bərqərar olunacağı diqqətə çatdırılıb.

Diplomat vurğulayıb ki, Ermənistan tərəfinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində yerləşən kilsənin guya Azərbaycan Ordusunun döyüş fəaliyyəti nəticəsində zərər çəkməsi ilə bağlı yaydığı məlumat həqiqəti əks etdirmir. Bu təxribat Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinə kölgə salmaq, üçüncü tərəfləri münaqişəyə cəlb etmək niyyəti daşıyır.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetiriblər. Lakin Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililəri və abidələri hədəfə almır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində vandalizm əməlləri həyata keçirilib, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar dağıdılaraq, xarabalığa çevrilib.

Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bu razılığı kobud şəkildə pozmağa davam etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.

Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb.

Oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 10 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb.

Qeyd olunub ki, oktyabrın 15-də Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam edib. Səhər saatlarından etibarən, Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonları artilleriya atəşinə məruz qalıb.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlıq və insanlıq əleyhinə cinayətdir və bu, bir daha onu nümayiş etdirir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədini güdür.

Səfir vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırır.

Qeyd olunub ki, bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Səfir bildirib ki, Ermənistan rəhbərliyinin davamlı şəkildə bölgədəki əməliyyatlarda guya ki, Türkiyənin də iştirak etməsi ilə bağlı söylədiklərinin yalnız bir məqsədi var, münaqişəyə üçüncü tərəflərin cəlb edilməsinə nail olmaq. Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hazırlıqlıdır və sentyabrın 27-dən etibarən Ermənistanın yeni təcavüzünün qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən əks-hücum tədbirləri həyata keçirir.

Sonda Xayme Sançes səfir Anar Məhərrəmova Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı ilə bağlı dolğun, ətraflı və həqiqətləri əks etdirən məlumatların “ABC” qəzeti vasitəsilə ispandilli kütləyə çatdırdığına görə minnətdarlığını bildirib.

Nigar Cəfərli

AZƏRTACın xüsusi müxbiri

Madrid

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

DGK: Külli miqdarda dərman preparatları aşkar edilib

Bu saata olan əsas xəbərlər

Ölkənin bəzi yerlərində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Fransada inflyasiya 2,4 faizə yüksəlib

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

AAYDA: Qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Azərbaycan və Qazaxıstan arasında bir çox sahədə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Azərbaycan Premyer Liqası: III tur iki oyunla start götürür

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar - konfrans

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb

Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib

NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır

Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib

“New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır