SİYASƏT
Azərbaycanın İsveç Krallığındakı səfirliyi həmvətənlərimizə səyyar konsulluq xidməti göstərib
![](/files/galleryphoto/2023/1/1200x630/16812511661930320087_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16812511661011517224_1200x630.jpg)
Malmö, 12 aprel, Rauf Əliyev AZƏRTAC
İsveç Krallıqındakı səfirliyimiz bu ölkənin cənubunda yaşayan Azərbaycan icmasının üzvlərinə səyyar konsulluq xidməti göstərilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfirliyimizin konsul məsələləri üzrə məsul şəxsi Nail Qocayev böyük azərbaycan icmasının yaşadığı Skone regionunda həmvətənlərimizə lazımi kömək göstərib.
Skonedə yaşayan həmvətənlərimizə ehtiyacları olan sənədlərin verilməsi və digər sahələrlə bağlı konsulluq xidmətini təmin edən səfirliyimizin əməkdaşı, bununla yanaşı soydaşlarımızın sənədləşməyə dair suallarını da cavablandırıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Malmö