AZƏRBAYCANIN İXRAC İNFRASTRUKTURU ETİBARLI ŞƏKİLDƏ QORUNUR
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və digər kəmərlərin, nəqliyyat infrastrukturunun qorunması Azərbaycan iqtisadi və siyasi təhlükəsizliyinin qorunması deməkdir. Həm kəmərlərin tikintisi, həm də istismarı zamanı Azərbaycan ərazisində heç bir insident və kəmərlərin istifadəsi üçün heç bir təhlükə olmamışdır. Ancaq bilirik ki, bəzi hallarda başqa ölkələrdə kəmərlərə müdaxilələr, oğurluq halları, bəzən terror aktları da olur. Azərbaycanda isə kəmərlərin tam təhlükəsiz şəkildə istismarı təmin edilir. Bu işdə Xüsusi Dövlət Mühafizə Xidmətinin böyük rolu vardır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim-tədris mərkəzinin açılışında demişdir.