CƏMİYYƏT
Azərbaycanın mədəni-tarixi irsinin miqrant uşaqlar arasında təbliğinə dair layihənin icrası davam edir
Bakı, 12 oktyabr, AZƏRTAC
“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyinin “Azərbaycanın mədəni və tarixi irsinin miqrant uşaqlar arasında təbliği” mövzusunda layihəsi davam edir.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin övladlarına Azərbaycanın mədəni irsi, tarixi və əlamətdar günləri barədə məlumat vermək, ilkin təsəvvür formalaşdırmaqdır.
İctimai Birlik tərəfindən Miqrasiya könüllüləri ilə birgə həyata keçirilən layihə noyabrın 15-dək davam edəcək.
Onlayn formada keçirilən tədbirə respublikanın istənilən bölgəsində təhsil alan miqrant şagirdlərin qatılması mümkündür. Layihədə iştirak etmək istəyən yeniyetmə və gənclər (012) 598 - 13 - 89, (050) 543 - 47 - 66, (050) 207 - 03 - 33 telefon nömrələri ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]