Azərbaycanın Müdafiə naziri NATO-nun toplantısında iştirak edib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantıda iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə edilən son nailiyyətlər, missiyanın gələcəyi və digər məsələlər müzakirə olunub.