Azərbaycanın Müdafiə Nazirliyi: Düşmən cavab atəşi ilə susdurulub
Bakı, 29 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 88 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Mərzili, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]