Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın nümayəndə heyəti ÜƏMT-nin Baş Assambleyasında iştirak edir

Bakı, 7 iyul, AZƏRTAC

Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin assambleyalarının 64-cü iclası öz işinə başlayıb. Assambleyalar çərçivəsində ÜƏMT Baş Assambleyasının, eləcə də digər 17 assambleyanın, Bern İttifaqı İcraiyyə Komitəsinin və ÜƏMT Koordinasiya Şurasının iclaslarının, həmçinin ÜƏMT-nin Konfransının keçirilməsi planlaşdırılıb.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti qeyd edilən tədbirlərdə onlayn formatda və bilavasitə iştirak edir. Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gəray Dadaşov və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov assambleyalarda iştirak etmək üçün Cenevrə şəhərinə ezam olunublar.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Baş Assambleyanın iclasının birinci günü vəzifəli şəxslərin seçkisi keçirilib. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov yekdilliklə, 180-dək dövləti birləşdirən Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqının Assambleyasının sədri seçilib.

1886-cı ildə qəbul edilmiş Bern Konvensiyası əsərlərin və onların müəlliflərinin hüquqlarının qorunması sahəsində ən böyük beynəlxalq müqavilədir.

Qeyd edək ki, K.İmanov 2021-2023-cü illərdə ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin Assambleyasına sədrlik edib.

K.İmanov Baş Assambleyanın iclasına onlayn rejimdə qoşularaq ingilis dilində çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından ÜƏMT-yə üzv dövlətlərin assambleyalarının 64-cü silsilə iclaslarının iştirakçılarını salamlayıb və assambleyaların işinə uğurlar arzulayıb.

K.İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə uğurla həyata keçirdiyi islahatların iqtisadi artım ideologiyasının əsasını yaradıcı sahibkar, məhsuldar investisiyalar və rəqabət bazarları ilə yanaşı əqli mülkiyyətin inkişafında, innovasiyalara dəstək verilməsinin təşkil etdiyini vurğulayaraq, sahələrarası yanaşmanın əqli mülkiyyət kateqoriyası anlayışının yenidən dərk və təsbit edilməsini, iqtisadiyyat, sosiologiya və hüququn qarşılıqlı əlaqələri kimi öyrənilməsinin nəzərdə tutduğunu bildirib. O, xüsusi olaraq qeyd edib ki, dövlətimizin başçısı tərəfindən məhz bu prinsiplər əsasında Əqli Mülkiyyət Agentliyi yaradılıb və onun funksiyaları müəyyən edilib.

Azərbaycan Prezidentinin səyləri nəticəsində ölkəmizin yeniləşməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişafın tərkib hissəsi kimi əqli mülkiyyət sisteminin təkmilləşməsinə yönəlmiş institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyi iqtisadiyyatın inkişafına layiqli töhfələr verməkdədir.

Əqli mülkiyyətə dair milli siyasət sənədlərinin müddəalarının ÜƏMT-nin 2022-2026-cı illər üçün ortamüddətli strateji planının qəbul edilməsi ilə əlaqələndirildiyini bildirən K.İmanov ƏM-in milli innovasiya ekosisteminin formalaşmasında hərəkətverici qüvvə kimi nəzərdən keçirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, müasir dövrdə əqli mülkiyyətin rolu - müvafiq mədəniyyətin aşılanmasından, yaradıcılığın həvəsləndirilməsindən, əqli fəaliyyət nəticələrinin qorunmasından başlayaraq kommersiyalaşdırma dəstəyinə, iqtisadi təhlilin və mühafizə sənədlərinin sosial təsirinə qədər innovativ prosesin bütün həlqələrinə xidmət göstərməkdən ibarətdir.

K.İmanov bildirib ki, qorunma sənədlərinin verilməsi funksiyaları çərçivəsində Agentlik öz fəaliyyətini göstərilən xidmətlərin səmərəliliyini və effektivliyini artırmaq, o cümlədən iddiaçıların ixtiraçılıq və patent fəaliyyətinin gücləndirilməsi, iddia sənədlərinə baxılma müddətinin azaldılması, ərizələrin verilməsi prosedurunun sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması yolu ilə qurur. Bununla belə göstərilən bütün xidmətlər daxili transaksiya xərclərinin azaldılması, şəffaflığın təmin edilməsi və subyektivliyin aradan qaldırılması nöqteyi-nəzərindən təhlil olunur.

Agentliyin rəhbəri onu da vurğulayıb ki, praktikada bu yanaşma sistemin təkamülünün çağırışlarına adekvat cavab verməyə, yaranan transaksiyaları təhlil etməyə, idarəetmə qərarlarının səmərəliliyini artırmaq üçün hazırlanmış metodoloji qayda və alqoritmləri tətbiq etməyə imkan verir. Bu məqsədlərə nail olmaq üçün patent və əmtəə nişanlarının müştərilərinə (müraciət edənlərə) “bir pəncərə” prinsipi ilə təmassız əlaqə yaratmağa və istənilən mənbədən sistemə məhdudiyyətsiz çıxış əldə etməyə yönələn rəqəmsal platforma - PƏNAH elektron sistemi xidmət edir və iddia sənədlərinin qrafik materiallarının 3D model formatında qəbuluna başlanılıb.

K.İmanov startaplar üçün vergi güzəştlərinin verildiyini və “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” dövlətimizin başçısının Fərmanına əsasən ixtira və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdiriləcəyini bildirib. Diqqətə çatdırıb ki, bu görülən işlər beynəlxalq miqyasda ixtira və patent fəallığının artırılması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, assambleyaların keçirildiyi müddətdə Belarus və Qazaxıstan əqli mülkiyyət idarələri ilə Agentlik arasında əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.

Assambleyalar çərçivəsində Azərbaycan nümayəndə heyətinin ÜƏMT-nin bəzi struktur qurumları ilə görüşlərinin keçirilməsi də planlaşdırılır.

ÜƏMT-yə üzv dövlətlərin assambleyalarının 64-cü iclası iyulun 14-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır