Azərbaycanın qadın güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda belaruslu Alesiya Hetmanavaya 7:2 hesabı ilə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər qadın güləşçisi Elnurə Məmmədova (55 kiloqram) isə təsnifat mərhələsində rumıniyalı Biatris Ferentə "tuş"la məğlub olub.
Bu gün, həmçinin Azərbaycanın sərbəst güləşçilərindən Ağanəzər Novruzov (74 kiloqram) bürünc medal uğrunda Ramazan Ramazanovla (Bolqarıstan), Osman Nurməhəmmədov (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə finalda müvafiq olaraq, Dauren Kuruqluev (Yunanıstan) və Solomon Manaşvili (Gürcüstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]