AZƏRBAYCANIN QADIN VOLEYBOLÇULARI İKİNCİ YOLDAŞLIQ GÖRÜŞÜNÜ DƏ QƏLƏBƏ İLƏ BAŞA VURDULAR
Komanda təlim-məşqlərlə yanaşı, yoldaşlıq görüşündə də gücünü sınayır. Avqustun 9-da Azərbaycan Voleybol Federasiyasının zalında baş məşqçi Faiq Qarayevin yetirmələri ilə Qazaxıstan voleybolçuları arasında ikinci yoldaşlıq görüşü keçirilmişdir. Oyun 3:0 hesabı ilə Azərbaycan voleybolçularının xeyrinə başa çatmışdır (25:23, 25:17, 25:12).
Xatırladaq ki, ötən həftə Quba Olimpiya İdman Kompleksində keçirilmiş ilk yoldaşlıq görüşündə də Azərbaycan yığması qələbə qazanmışdı (3:1). Avqustun 14-də Honkonq şəhərinə yola düşəcək milli yığmamız orada dünya “Qran-pri” yarışlarında iştirak edəcəkdir. Yarışların avqustun 18-20-də keçiriləcək birinci mərhələsində Azərbaycan voleybolçuları Rusiya, Çin və Tailand komandaları ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]