Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qlobal siyasi və iqtisadi arenada artan rolu: Yeni dünya nizamına doğru ŞƏRH

Azərbaycanın qlobal siyasi və iqtisadi arenada artan rolu: Yeni dünya nizamına doğru  ŞƏRH

Bakı, 11 aprel, AZƏRTAC

Otuz ildən çox müddətdə müstəqil siyasət həyata keçirən Azərbaycan Respublikası bu gün dünyamızın siyasi arxitekturasının yenidən formalaşmasında Cənubi Qafqazın lider dövləti olaraq fəal iştirak edir. Xüsusilə, 2020-ci ildə İkinci Qarabağ - Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində regionda bərqərar olan sabitlik ölkəmiz üçün yeni çoxvektorlu əməkdaşlıq əlaqələrinin yaranmasına rəvac verib.

Bu baxımdan, son illərdə Azərbaycanda dünya beyin mərkəzlərinin qabaqcıl mütəxəssislərinin toplanaraq aktual məsələləri müzakirə etmək üçün əsasları vardır. Regionda, eləcə də dünyada baş verən hadisələrin müzakirə edilməsi, geniş elmi təhlil aparmaqla düzgün qiymətləndirilməsi və marağı olan ictimaiyyətə çatdırılması ənənəvi olaraq məhz Bakı şəhərində, ADA Universitetində baş tutur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, növbəti beynəlxalq toplantı Prezident İlham Əliyevin iştirakı ilə aprelin 9-da “Yeni dünya nizamına doğru” mövzusunda keçirildi. Həmin forumda Azərbaycan Prezidenti region üçün və dünyada cərəyan edən siyasi proseslərin axarına dair mükəmməl fikirlər səsləndirdi. Keçirilən müzakirələrdə bütün politoloqlar, beyin mərkəzləri bildirdilər ki, doğrudan da dünyamızın siyasi mənzərəsi dəyişir və məhz bu dəyişikliklər fonunda iqtisadi dəhlizlərin, regional əməkdaşlıqların əhəmiyyəti artmaqdadır.

Ölkə Prezidentinin forumda toxunduğu məsələlər Azərbaycanın dünya arenasında baş verən hadisələrə strateji mövqeyini, habelə qlobal çağırışlara verdiyi cavabları nümayiş etdirməsi baxımından olduqca mühüm idi. Dövlətimizin başçısının çıxışı yalnız Azərbaycanın gələcəyə baxışını deyil, həm də ədalətə, beynəlxalq hüquqa və qlobal əməkdaşlığa əsaslanan yeni dünya düzənində ölkəmizin fəal iştirak istəyini ortaya qoydu.

“Təbii ki, həmin çıxışın əsasında Azərbaycanın hər zaman olduğu kimi, bu gün də sülhün və regional təhlükəsizliyin əldə olunmasında maraqlı tərəf, o cümlədən dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğu fikirləri dayanırdı. Təsadüfi deyil ki, dövlətimizin başçısının iştirakçıların suallarını cavablandırarkən toxunduğu əsas məsələ məhz Ermənistan-Azərbaycan münasibətləri, Azərbaycanın regionda dayanıqlı sülhün əldə olunması üçün göstərdiyi səylərin diqqətə çatdırılması oldu. Təbii ki, Cənubi Qafqazda təhlükəsizliyin tam təmin edilməsi nəinki iki xalq arasında, eləcə də Amerika qitəsindən, Avropadan Mərkəzi Asiyaya, Çinə qədər bütün xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması baxımından çox vacibdir”, - deyə deputat bildirib.

Regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin gündən-günə artdığının müşahidə edildiyini vurğulayan Məzahir Əfəndiyev əlavə edib: “Bu, bir tərəfdən münaqişələr nəticəsində qlobal iqtisadiyyatda yaranmış böhran, digər tərəfdən isə Azərbaycanın həm Avropa İttifaqı ilə (Qərb), həm də Mərkəzi Asiya dövlətləri (Şərq) ilə qurmuş olduğu strateji əməkdaşlıq nəticəsində baş verdi. Əminliklə deyə bilərik ki, yeni dünya nizamında beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində nəqliyyat və kommunikasiya dəhlizlərinin rolu əvəzsizdir. Dünyamızın siyasi arxitekturasında baş verən dəyişikliklər mövcud logistik yolların yenilənməsini diktə edir ki, burada da hər zaman sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olan Azərbaycan Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin aktiv iştirakçısına çevrilib.

Forum Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, eyni zamanda, ölkələr arasında münasibətlərin dərinləşməsi, ehtiyacı olan dövlətlərə iqtisadi, humanitar yardımların olunması baxımında göstərdiyi səyləri də ortaya qoydu. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində, COP29-un sədri olaraq ölkəmizin nümayiş etdirdiyi əzmkarlıq, əldə olunan nəticələr görülən işlərin əyani sübutudur.

Beləliklə, bu gün Azərbaycan yalnız regionda deyil, dünya miqyasında da etibarlı siyasi, strateji, iqtisadi tərəfdaş kimi özünü sübut edib. Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dördüncü sənaye inqilabının çağırışlarına uyğun aparılan hərtərəfli, çoxvektorlu fəaliyyət qədirbilən Azərbaycan xalqının, ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik